Putin Sarksiyanı hədələdi, deputatlar dalaşdı...

Putin Sarksiyanı hədələdi, deputatlar dalaşdı...
  17 İyun 2016    Oxunub:3657
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? İyunun 16-da nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Azərbaycanda polis səfərbər edildi - VİDEO

İyunun 15-dən Azərbaycan polisi gücləndirimiş iş rejiminə keçib. Bu barədə daxili işlər naziri Ramil Usubov bildirib.

***

Xanım idmançımızda dopinq tapıldı - FOTO

Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb.

***

Erməni KİV: `Prezidentlərin görüşündən irəliləyiş gözlənilmir`

“Dağlıq Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiqi təxirə salınır, çünki vasitəçilərin lazımi qədər maliyyə vəsaitləri yoxdur”. Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti öz mənbələrinə istinadən xəbər yayıb.

***

Azərbaycanda iş adamı qətlə yetirildi

Xaçmaz rayonunda qətlə hadisəsi baş verib.

***

Səhiyyə Nazirliyi şirkətlərə xəbərdarlıq etdi

Aparılan araşdırmalar nəticəsində son on gün ərzində 110 addan çox dərman vasitəsinin ölkəyə idxalı zamanı içlik vərəqəsi və ya qablaşdırma ilə bağlı uyğunsuzluqların olduğu aşkar edilib. Bu barədə Analitik Ekspertiza Mərkəzində keçirilən iclas zamanı bildirilib.



Azərbaycanda 1000 kişiyə 1007 qadın düşür

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 33,6 min nəfər və ya 0,3 faiz artaraq 9739,2 min nəfərə çatıb.

***

Ölkəmizdə ölüm halı artıb - 902 əkiz doğulub

2016-cı ilin 4 ayı ərzində 902 əkiz, 24 üçəm doğulub.

***

Misirin Qarabağla bağlı mövqeyi: `Ərdoğan bizə qarşı çıxdı` (MÜSAHİBƏ)

Misirin Azərbaycandakı səfiri Suzan Cəmil AzVision.az-ın suallarını cavablandırıb.

***

Azərbaycanda nə qədər işsiz var?

2016-cı ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 487,5 manat təşkil edib.

***

Manatın son günlər ucuzlaşmasının səbəbi - RƏY

İqtisadçı-ekspert Vüqar Bayramov manatın dollara nisbətən dəyər itirməsinin əsas səbəblərini açıqlayıb:

***

`Bütün çətinlikləri geridə qoymuşuq` - Vitse-spiker

“Azərbaycanın müstəqilliyi dönməz, dövləti isə əbədidir. 18 iyun ölkəmizdə Milli İnsan Hüquqları günüdür. Azərbaycan insan hüquqları sahəsində demokratik ölkələrin uzun illər ərzində əldə etdiklərini qısa müddətdə qazanıb”. Bunu İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Milli Məclisdə “18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

***

`Azərbaycanda fəhlə çatışmır` - Nazir

“Azərbaycanda əksər fəhlə ixisasları üzrə çatışmazlıq mövcuddur”. Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

***

`O qadın Hacı Məmmədovun arvadı deyil` - Bacısı danışdı

Həbsdə olan Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın azadlığa buraxılması ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.

***

Prezidentin köməkçisi beynəlxalq təşkilatları tənqid etdi

“Sabah ölkəmizdə “Formula 1” yarışları start götürüləcək. “Formula -1” təşkilatıçılığının Azərbaycana həvalə edilməsi ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurların beynəlxalq ictiamiyyət tərəfindən qəbul olunduğunun göstəricisidir”. Bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Milli Məclisdə “18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

***

Tramp yenə Putini təriflədi: `Bizdən dəfələrlə güclüdür`

Respublika partiyasından ABŞ prezidentliyinə namizəd olan amerikalı milyarder Donald Tramp son illərdə Rusiya Silahlı Qüvvələrinin gücləndiyini, rus nüvə arsenalının Amerika nüvə arsenalından daha mükəmməl olduğunu bildirib.

***

Erməni nazir Azərbaycan torpaqlarında

Ermənistanın maliyyə naziri Qaqik Xaçatryan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

***

General Şəkinskiyə yeni vəzifə verildi

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.



Rusiya hərbi təyyarələrini Xəzər üzərinə qaldırdı

Rusiya Xəzər dənizində aviasiya və 20 gəminin iştirakı ilə müdafiə təlimi keçirib.

***

Aprel döyüşlərində Ermənistana 19 hərbçinin cəsədi qaytarılıb

Bu il aprelin 2-5-də itkin düşmüş hərbçilərlə bağlı İşçi Qrupu fasiləsiz iş rejimində çalışıb.

***

Kəlbəcər girovlarının azad edilməsi üçün iş gedir

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində aidiyyatı beynəlxalq təşkilatlarla iş davam etdirilir”. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bu gün Milli Məclisdə keçirilən dinləmələrdə çıxışı zamanı deyib.



Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO

Ermənistan parlamentində “Ermənistanda inzibati-ərazilərin bölünməsi” haqqında qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında qalmaqal düşüb.

***

Savçenko Ali Radanın iclasında yatdı - VİDEO

Ali Radanın deputatı Nadejda Savçenko Milli Təhlükəsizik və müdafiə məsələləri üzrə Komitənin iclasında yatıb.

***

Şagirdin zorlanması haqda baş prokurora müraciət edilib

Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı Baş Prokurorluğa müraciət olunub. Bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova deyib.

***

`Nazir deyir ki, filan qəzet məni təhdid edir` - Əli Həsənov

“İnsan hüquqları həddi olan, hüdudu olmayan bir anlayışdır. Bu məsələyə digər rakursdan baxsaq, istehlakçıların hüquqlarının qorunması ilə bağlı dövlətin üzərinə mühüm vəzifələr düşür”. Bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Milli Məclisdə “18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

***

Azərbaycan BMT-də üzv seçildi

Azərbaycan Respublikası BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə seçilib.

***

Prezidentlərin görüşü nəyi dəyişəcək? - ŞƏRH

“İyunun 20-də Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ üzrə sammit münaqişənin həllində Rusiyanın təşəbbüsü öz əlinə aldığını göstərir”. Bunu politoloq Fikrət Sadıqov Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburqda keçiriləcək üçtərəfli görüşünü şərh edərkən bildirb.

***

Rusiyaya qarşı sanksiyaların müddəti artırılır

Avropa İttifaqı Şurasının sədri Donald Tusk bəyan edib ki, Rusiyaya qarşı sanksiyaların müddəti artırılacaq.

***

İcra Hakimiyyətindən köçkünlərin etirazı ilə bağlı Açıqlama

Mətbuatda yayılan məlumatlara görə, Füzuli rayonundan olan bir qrup məcburi köçkün yaşayış şəraitinin pis olmasına etiraz edərək Beyləqan rayonunda mərkəzi yolu bağlayıb. Köçkünlər iddia edirlər ki, rayon ərazisində öz hesablarına ev tikmək istəsələr də, onlara maneçilik yaradılır. Füzuli rayon İcra Hakimiyyəti məcburi köçkünlərin etirazına münasibət bildirib.

***

Tərtərdə hərbi sursat partladı - Yaralı var (VİDEO)

Tərtərdə hərbi sursat partlayıb.

***

İrəvanda qaçqınların etirazı: `Pis vəziyyətdə yaşayırıq`

Bakıdan İrəvana gedən qaçqınlar Ermənistanda hökumət evinin qarşısında etiraz edərək mənzil tələb ediblər.

***

İcra başçısı polisin kredit borcunu ödədi

Salyan rayon icra başçısı Sevindik Hətəmov bir neçə gün öncə çayda batan 15 yaşlı oğlanın meyitini tapan polis əməkdaşını mükafatlandırıb.



`Formula-1` üçün son hazırlıqlar - FOTOLAR

Bu gün Bakıda ilk dəfə “Formula-1” üzrə Avropa Qran Prisinə start veriləcək.

***

`Azəriqaz`dan kütləvi ixtisarlarla bağlı açıqlama

“Azəriqaz” İstehsalat Birliyi bəzi sosial şəbəkələrdə kütləvi ixtisarların aparılması barədə yayılan məlumatlara münasibət bildirib.

***

Avtomobil idxalı 7 dəfə azalıb

Bu ilin yanvar-may ayları ərzində respublikamıza 2 233 ədəd avtomobil idxal olunub.

***

Azərbaycan Rusiyadan T-90C tankları alıb

Rusiya Azərbaycana T-90C tanklarının tədarükü ilə bağlı bütün öhdəliklərini yerinə yetirib.

***

Türkiyədə güclü yanğın - 70 maşın külə döndü

Türkiyənin Konya şəhərində avtomobil dayanacağında güclü yanğın olub.



Leyla Əliyeva “I love Baku” sərgisində - FOTOLAR

İyunun 16-da Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından biri olan Corc Kondonun fərdi sərgisinin açılış mərasimi olub. Həmçinin mərkəzin parkında “I love Baku” incəsənət kompozisiyası açılıb.

***

Erməni diplomat: `Putin Sarkisyanı hədələdi, dedi ki...`

Ermənistan Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Assosiasiya sazişini imzalamağa hazır idi. Lakin Rusiya prezidenti Vladimir Putinin hədələrindən çəkinib, bunu etmədi.

***

Ərəb ölkələrindən və MDB-dən Bakıya böyük axın - VİDEO

Sabah başlayacaq "Formula 1" yarışları ilə əlaqədar şəhərimizdə turistlrəin sayı nəzərəçarpacaq dərəcədə artıb.

***

Şəmkirdə ağır yol qəzası: 4 ölü, 5 yaralı (FOTO)

Şəmkirdə iki avtomobilin toqquşması ağır nəticələrə səbəb olub. Hadisə zamanı 4 nəfər dünyasını dəyişib, 5 nəfər isə xəsarət alıb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti