Ölkəmizdə ölüm halı artıb - 902 əkiz doğulub

Ölkəmizdə ölüm halı artıb - 902 əkiz doğulub
  16 İyun 2016    Oxunub:5093
2016-cı ilin 4 ayı ərzində 902 əkiz, 24 üçəm doğulub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel ayları ərzində ölkədə 52,7 min doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,6 təşkil edib.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub.

Körpələrin 902-si əkiz, 24-ü isə üçəm doğulub. Cari ilin yanvar-aprel ayları ərzində ölkədə 19,7 min ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti