Bu kişini görənlər polisə xəbər versin - FOTO

Bu kişini görənlər polisə xəbər versin - FOTO
  15 İyun 2016    Oxunub:3449
Salyan sakini itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Salyan şəhərində yaşayan 50 yaşlı Xudaverdiyev Əbülfəz Qabil oğlu iyunun 4-də Bakı şəhərinə getmək adı ilə evdən çıxıb və evə qayıtmayıb.

Onun xarakterik əlamətləri belədir: boyu 150 sm., orta bədən quruluşlu, qara qısa saçlı, uzunsov sifətli, qara qalın qaşlı, gözləri qəhvəyi, fiziki cəhətdən sağlam, əqli cəhətdən qüsurlu ruhi əsəb xəstəsi, burnunun üstündə çapıq var.

Evdən çıxarkən əynində göy rəngli şalvar, ağ köynək, tünd göy rəngli pencək, əlində isə içərisində geyim əşyaları olan qara rəngli çanta olub.

Əbülfəz Xudaverdiyevi itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti"nə, həmçinin (050) 341-49-64 mobil və ya Salyan Rayon Polis Şöbəsinə 021-255-51-12 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



AzVision.az


Teqlər:  





Xəbər lenti