Müsəlmanlardan geylərə dəstək, ermənilər etiraz etdi...

Müsəlmanlardan geylərə dəstək, ermənilər etiraz etdi...
  14 İyun 2016    Oxunub:3641
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? İyunun 13-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

ABŞ-da 15 ildən sonra ən qanlı terror - FOTOLAR

ABŞ 11 sentyabr (11 sentyabr 2001-ci ildə Amerikanın Nyu-York şəhərində yerləşən «World Trade Center» (Dünya Ticarət Mərkəzi) terrorçu kamikadzelərin hücumu ilə dağıdılıb) hadisələrindən sonra ilk dəfə dəhşətli terrora məruz qaldı.

***

`Müsəlmanları ABŞ-a buraxmayın` – Tramp

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp müsəlmanları ölkəyə buraxmamağa çağırıb.



İsmayıllı qaz və işıqsız qalıb - Evlər su altındadır

“İsmayıllıya yağan güclü leysan və dolu rayonun elektrik, qaz, yol və digər kommunal təsərrüfatlarına, eləcə də kənd təsərrüfatına ciddi ziyan vurub”.

***

ABŞ-da 50 nəfəri öldürən İŞİD-çi ilə bağlı yeni faktlar

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən və 50 nəfərin ölümü, 53 nəfər yaralanması ilə nəticələnən terror aktının bəzi təfərrüatları məlum olub.

***

Müsəlmanlar geylərə dəstək oldu – Gözlənilməz hadisə

Amerika müsəlmanları Orlandoda hücumu pisləyib və ABŞ gey-parada dəstək olduğunu bildiriblər.

***

Şagirdi öz qohumu bıçaqlayıb - Açıqlama

“Şagirdlərin bıçaqlanma hadisəsi dərs vaxtı və məktəbin həyətində qeydə alınmayıb”. Bunu Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbin direktoru Ruxsarə Əlizadə deyib.

***

İsmayıllı təbii fəlakətdən sonra - FOTOLAR

İsmayıllıya yağan güclü leysan və dolu rayona ciddi ziyan vurub.

***

Bu il məhsul qıtlığı və bahalaşma olmayacaq - Nazirlik

“Bir neçə gündür ölkə ərazisində müşahidə edilən leysan xarakterli yağışlar və dolu nəticəsində kənd təsərrüfatına, taxılçılığa müəyyən qədər ziyan dəyib”. Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.



İlham Əliyev hərbi gəmidə - General raport verdi (FOTOLAR)

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub.

***

`Müxalifət bir daha hakimiyyətdə ola bilməz` - Əli Hüseynli

“Müxalifət və onların ideya daşıyıcıları bir daha Azərbaycan hakimiyyətində ola bilməzlər. Onların nə qədər xaricdən havadarları olsa da belə, xalq buna nə indi, nə də gələcəkdə imkan verməz. Çünki Azərbaycan çox dəyişib”. Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində deyib.

***

Şəxsi avtomobillərdən istifadə etməyin! - DYP-dən çağırış

“Formula-1” yarışlarının keçirilməsi üçün nəzərdə tutulmuş bütün küçə və prospektlər üzrə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və hərəkət istiqaməti dəyişdiriləcək. Bunu Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

***

`Manatın taleyi neftdən asılıdır` - İqtisadçı deputat

“Neftin qiyməti kəskin aşağı düşdüyü üçün manata təsir artıb”. Bunu iqtisadçı deputat Vahid Əhmədov manatın üçüncü dəfə ucuzlaşacağı haqda fikirlərə münasibət bildirərkən deyib.



İrəvanda Rusiya əleyhinə etiraz aksiyası – FOTOLAR VİDEO)

Ermənistan parlamenti önündə Ermənistan – Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına qarşı etiraz aksiyası keçirilib.

***

50 nəfəri öldürən terrorçunun arvadı: `Mənə işgəncə verirdi`

ABŞ-ın Florida ştatında gec klubunda 50 nəfəri öldürən Omar Martinin keçmiş həyat yoldaşı KİV-lərə açıqlama verib.

***

Azərbaycanda dopinq qalmaqalı - Nazirlik açıqlama yaydı

Azərbaycanın 6 ağırlıq qaldıranının dopinqə düşməsi ilə bağlı Gənclər və İdman Nazirliyi məlumat yayıb.

***

`Arıqlamaq üçün oruc tutmaqdansa, gedin...` - Elşad Miri

“Bir çoxları orucu müəyyən məqsədlər üçün tutur. Bəziləri arıqlamaq üçün, bəziləri isə kiminsə yanında öyünmək üçün”. Bunu ilahiyyatçı alim Elşad Miri deyib.

***

Türkiyədə daha bir terror - Yaralılar var

Türkiyədə növbəti dəfə terror hadisəsi baş verib.



Şuşa, Daşaltı və Şahbulaqdan ən son görüntülər - VİDEO

Ermənistanın “Armenian Geographic” təşkilatının bir qrup üzvü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səyahət edib.

***

Energetikamızın vəziyyəti necədir? - İNFOQRAFİKA

Energetika - iqtisadiyyatın ən vacib sahələrindən biridir. Çünki enerji - bütövlükdə ölkənin iqtisadi mexanizmini hərəkətə gətirir.

***

Ohanyanın cangüdəni polkovniki tutdurdu

Ermənistanın Müdafiə Nazirliyi ilə bağlı növbəti qalmaqal yaranıb. Qalmaqalın səbəbkarı isə müdafiə naziri Seyran Ohanyanın mühafizə xidmətinin rəhbəri Sergey Ayrapetyandır.

***

Polis ad günündə Olimpiya çempionunu döydü - VİDEO

50 illik yubileyini qeyd etmək üçün dostları ilə əylənməyə hazırlaşan Ukraynalı güləş üzrə Olimpiya çempionu Vyaçeslav Oleynik bir anda qalmaqala səbəb olub.

***

`Formula-1` tamaşaçılarını Bulvarda nə gözləyir? – REPORTAJ

“Formula-1” Avropa Qran-Prisinin Bakıda keçirilməsi üçün görülən hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Yarışları izləmək üçün xeyli sayda qonaq, tanınmış idmançı və ulduz müğənnilərin paytaxtımıza gəlişi gözlənilir.

***

ABŞ-da daha bir faciə: Arvadını və 4 qızını öldürdü

ABŞ-ın Nyu-Meksiko ştatında Xuan David Vileqas-Ernandes adlı vətəndaş həyat yoldaşını və dörd qızını güllələyib.

***

Deputatlar `Formula-1`i izləyəcəklərmi? - SORĞU

Milli Məclisin deputatları “Formula-1” yarışlarını izləyəcəklərmi?

***

Bakıda sosial evlər harada tikiləcək? - Evi olmayanların diqqətinə!

“Bakıda sosial mənzillər əsasən şəhərin kənarında tikilməlidir. Buna səbəb həmin yerlərdə torpaq sahələrinin nisbətən ucuzluğu və maya dəyərinin aşağı olmasıdır”. Bunu millət vəkili Musa Quliyev deyib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti