Azərbaycana fəsillərin gəlmə vaxtı açıqlanıb

Azərbaycana fəsillərin gəlmə vaxtı açıqlanıb
  14 İyun 2016    Oxunub:2161
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan ərazisində 2016-cı il üçün fəsillərin başlanma vaxtını açıqlayıb.
AMEA-dan AzVision.az-a verilən məlumata görə, martın 20-də Bakı vaxtı ilə saat 08:30-dan ölkəmizə qədəm qoyan yaz fəsli iyunun 21-də saat 02:34-dən etibarən yay fəsli ilə əvəz olunacaq.

Qeyd edək ki, rəsədxana payızın gəlişinin sentyabrın 22-si saat 18:21-də, qışın gəlişinin isə dekabrın 21-i saat 14:44-də baş verəcəyini müəyyənləşdirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti