Mirşahindən sərt açıqlama: `Onları məhkəməyə verəcəyəm`

Mirşahindən sərt açıqlama: `Onları məhkəməyə verəcəyəm`
  09 İyun 2016    Oxunub:6987
ANS-in vitse-prezidenti Mirşahin Ağayev həyat yoldaşı Səbinə Heydərovanın işdən çıxarılması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Mirşahin Ağayev AzVision.az-a açıqlamasında bu haqda mətbuata geniş açıqlama verəcəyini bildirib. O, həyat yoldaşının işdən çıxarılması ilə bağlı məlumat yayan saytları məhkəməyə verəcəyini deyib.

“Bu xəbərlərlə bağlı geniş açıqlamam olacaq. Onu qeyd edim ki, bu məlumatları yayanları məhkəməyə verəcəyəm”.



Qeyd edək ki, ölkə.az saytının yaydığı məlumata görə, Mirşahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova ANS TV-dəki işindən ayrılıb.

Saytın yaydığı məlumata görə, eyni zamanda ANS-də “Böyük Seva” kimi tanınan Sevda Həsənova da işdən çıxıb. Məlumatda qeyd edilir ki, hər iki şəxsin işindən ayrılmasına səbəb ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevlə münasibətlərinin pisləşməsidir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti