Əli Kərimlinin mühacir biznesi - 3 min avroya arayış (FOTOFAKT)

Əli Kərimlinin mühacir biznesi - 3 min avroya arayış (FOTOFAKT)
  06 İyun 2016    Oxunub:49923
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin xarici ölkələrdə “siyasi sığınacaq” statusu almaq istəyənlərə saxta partiya arayışını satmasına dair sənədlər yayıb.



N.Orduxanlı AzVision.az-a açıqlamasında deyib ki, Əli Kərimli arayışları 2500-3000 avroya Hollandiyada yaşayan, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” verilişinin müxbiri Fikrət Hüseynli ilə əlbir olaraq satır.



N.Orduxanlı qeyd edib ki, Əli Kərimli “müxalifət” arayışı satmaqla məşğul olur:

“Özünə yaxşı biznes qurub. Dəfələrlə bu yönümdə mətbuatda çıxışlarım olub. Bu da faktlar. Yaydığım sənədlərə diqqət edin. AXCP-nin təşkilat şöbəsinin müdiri Saqif Qurbanovun imzası və partiyanın möhürü ilə (partiyanın möhürü həmişə Əli Kərimli də olub) 12 may 2014-cü ildə partiyanın Nizami rayon şöbəsinə üzv olmuş Əzizov Vüqar Əlverdi oğlunun qeydiyyatda olduğunu, onun üzv olduğu müddətdə fəallığı ilə, partiyanın bütün tədbrlərində iştirak etməsindən bəhs olunur. Arayışı tələb olunan yerə təqdim olunmaq üçün verildiyini və yazılanları nəzərə almağı xahiş olunur”.



N.Orduxanlı vurğulayıb ki, 2016-ci ilin fevral ayında yazılan arayış 3000 avroya satılıb: “Əli Kərimlidən soruşun ki, necə ola bilər ki, siyasi partiya üzvü olan şəxsə bu məzmunda arayış verirsən? Sən dövlət müəsəsinin rəhbərisən? Bir il neçə ay bundan qabaq partiyaya üzv olan şəxsə hansı əsasla bu cür arayış verirsən? Necə yəni arayış tələb olunan yerə verilir? Əli Kərimli bu cür adamlara məqsədli şəkildə arayış yazıb verir və əvəzində pul qoparır. Yoxsa Əli Kərimli də bu arayışa partiyanın möhürünü vurmazdı”.



BAXCP funksioneri bildirib ki, bütün bu prosesə Hollandiyada yaşayan Fikrət Hüseynli başçılıq edir: “İnsanları aldadırlar və cür saxta arayışlar verməklə həmin şəxsləri Almaniyaya apardırlar. Orada təkrar Fikrət Hüseynli 2500 avro tələb edir. Bir müddət sonra bu arayışların heç bir nəticəsi olmur və Almaniya dövləti bu cür aldadılmış şəxsləri Bakıya deportasiya edir. Nəticə də Əli Kərimli ilə Fikrət Hüseynli pul qazanır...”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti