Gəncədə forum keçirilib

Gəncədə forum keçirilib
  03 İyun 2016    Oxunub:2774
Gəncə şəhərində “Region gənclərinin inkişafına dəstək” adlı forum keçirilib.
AzVision.az xəbər verir ki, İcra Hakimiyyətinin və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə öz işinə başlayan forumda əvvəlcə dövlət himni səsləndirilib. Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə çıxış edərək, forumun məqsədi barədə məlumat verib.

Bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti bütün region gənclərinə, o cümlədən Gəncədə yaşayan, eləcə də bu şəhərin ali və orta ixtisas məktəblərində təhsil alan bütün gənclərə öz müsbət təsirini göstərib.

“Davos” formatında keçirilən forumda Prezident yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxış edərək, təmsil etdiyi qurumun region gənclərinin təşəbbüskarlığının artırılmasındakı rolu və bu sahədə görülmüş işlər barədə geniş məlumat verib. Daha sonra iştirakçılar fikirlərini bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb.

Forumda bəzi gənclər bir sıra təşəbbüslər səsləndiriblər. Səsləndirilən təkliflər və fikirlər bir daha təhlil ediləcək, səmərəli təşəbbüslərin reallaşdırılması üçün yaxın zamanda “ideya yarmarkası” təşkil olunacaq. Layihənin yalnız forumla yekunlaşmayacağı, bir sıra əhəmiyyətli tədbirlərin keçiriləcəyi də diqqətə çatdırılıb. Forumun sonunda bir qrup fəal gəncə, KİV-lərə, yerli gənclər və idman idarəsinə diplomlar təqdim olunub.


Teqlər:





Xəbər lenti