`Metsamor` dünyada ən təhlükəli atom elektrik stansiyasıdır - Martirosyan

`Metsamor` dünyada ən təhlükəli atom elektrik stansiyasıdır - Martirosyan
  02 İyun 2016    Oxunub:3442
“Stop Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis edilməsi vacibdir və bu addımı dəstəkləyirəm.

AzVision.az xəbər verir ki, bunu “Stop-Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis konfransına videokörpü ilə qoşulan Ermənistanın "Beynəlxalq Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vahan Martirosyan bildirib.

O koalisiyaya qoşulduğunu bəyan edib. Martirosyan vurğulayıb ki, “Metsamor” stansiyası təkcə Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə törədir.

Onun sözlərinə görə, Avropa Birliyi bu stansiyanın dayandırılmasını təklif edib, lakin bu istiqamətdə aparılan danışıqlar Ermənistan hakimiyyətinin pozucu fəaliyyəti nəticəsində dalana dirənib.

Martirosyan bildirib ki, “Metsamor” seysmoloji baxımdan təhlükəli ərazidə yerləşir: “Bu baxımdan “Metsamor” dünyada ən təhlükəli atom elektrik stansiyasıdır. Stansiyada köhnə avadanlıqların olması bu təhlükəni daha da artırır. Bu baxımdan stansiyanın fəaliyyətinin dayandırılması üçün təkcə QHT-lər deyil, bütün beynəlxalq təşkilatlar təcili hərəkətə keçməlidir".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti