Avropa İttifaqı `ASAN Viza`nın yaradılmasını alqışladı

Avropa İttifaqı `ASAN Viza`nın yaradılmasını alqışladı
  02 İyun 2016    Oxunub:2569
"Azərbaycan Prezidenti İlham Əliyevin Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərmanını alqışlayırıq".
Bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard bildirib ki, bu fərman çox böyük əhəmiyyətə malikdir: "Bu fərman Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axının çoxalmasına şərait yaradacaq. Bildiyiniz kimi, bu yaxınlarda Aİ-Azərbaycan biznes forumu keçirilib. Forumda qeyd olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. Bu baxımdan hesab edirəm ki, "ASAN Viza" böyük uğur gətirəcək".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti