Şəmkirdə üzərinə ağac düşən şəxs ölüb

Şəmkirdə üzərinə ağac düşən şəxs ölüb
  30 May 2016    Oxunub:1527
Şəmkir rayonunda üzərinə kəsilən ağac düşən şəxs ölüb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, mayın 28-də Şəmkir rayonunun Seyfəli kəndində rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsiblər. Həmin ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üzərinə düşüb. R.İsmayılov hadisə yerində ölüb.

K.Bədəlov və R.Məmmədov Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti