Türkiyə `Metsamor`un bağlanması üçün səy göstərməlidir - Yəhudi deputat

Türkiyə `Metsamor`un bağlanması üçün səy göstərməlidir -  Yəhudi deputat
  25 May 2016    Oxunub:2640
“Metsamor” beynəlxaq təhlükədir, qonşu ölkələr onun bağlanması üçün səy göstərməlidir.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan parlamentinin yəhudi əsilli deputatı Yevda Abramov deyib.

Deputat vurğulayıb ki, BMT, onun müvafiq idarələri, Beynəlxalq Atom Enerjisinə Nəzarət Agentliyi “Metsamor”la bağlı məsələni mütləq nəzarətə götürməlidir: “Qonşu ölkələr “Metsamor”un bağlanması ilə bağlı müraciət etməli, diplomatik kanallarla iş görülməlidir. “Metsamor” təkcə Azərbaycan, Türkiyə, Gürcüstan yox, Rusiya və İran üçün də qorxuludur. Ona görə “Metsamor”un bağlanması üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır.

Çernobılda baş verən qəzanın Skandinaviya ölkələrinə pis təsir etdiyini nəzərə alsaq, “Metsamor” regiona böyük təhdiddir. “Metsamor”un texnikası köhnəlib. Ermənistan isə dilənçi dövlətdir və onu təmir etməyə gücü çata bilməz. Ona görə də BMT, dünya ölkələri AES-lə bağlı məsələyə reaksiya verməli və onun bağlanmasına nail olunmalıdır. Bu stansiya insanlıq üçün qorxuludur, təhlükəlidir”, - deyə Y.Abramov bildirib.

MM üzvü qeyd edib ki, “Metsamor”la bağlı məsələdə Türkiyənin maraqları daha çoxdur: “Bu stansiya Türkiyənin 25 kilometrliyindədir. Türkiyə regionda sözü keçən dövlətdir. Türkiyə də bu məsələni beynəlxalq aləmin diqqətinə çatdırmalıdır. Gürcüstan və İran da Metsamorla bağlı həyəcan təbili çalmalıdır. Ona görə də bu məsələ təkcə Azərbaycanın işi deyil. “Metsamor” bütün region dövlətlərini narahat etməli və onun bağlanması üçün çalışılmalıdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti