DTX-nin İctimai əlaqələr şöbəsindən
AzVision.az-a verilən məlumata görə, sənədlərin imzalanmasından əvvəl Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə mühüm fəaliyyəti, ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üzrə görülən tədbirlərdən danışıb.
Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov təhlükəsizlik sahəsində idarələrarası əməkdaşlıq məsələlərinə toxundu.
Çin Təhlükəsizlik Şurasının katibi M.Jianzu bu səfərin ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün faydalı olacağına əminliyini ifadə etdi.
AzVision.az