Vyana görüşü siyasi gündəmi dəyişdi - Xronika

Vyana görüşü siyasi gündəmi dəyişdi -  Xronika
  18 May 2016    Oxunub:2425
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 17-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Qarabağda erməni əsgər məhv edildi

Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində erməni ordusunun bir əsgəri məhv edilib.

***

Vyana görüşünün nəticəsi nə oldu?

“Öncədən proqnozlaşdırılığı kimi Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən ciddi nəticə hasil olmad. Nəticənin olması üçün danışıqlar seriyası davam etdirilməlidir”. Bu fikirləri “Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu prezidentlərin Vyana görüşünü şərh edərkən deyib.

***

Bakıda evlərin ucuzlaşmasına kimlər mane olur?

Aprel ayında Bakıda mənzillərin qiyməti əvvəlki ayla müqayisədə 4 faiz aşağı düşüb”. Bunu iqtisadçı Vüqar Bayramov deyib

***

Ermənistanda böyük istefalar olacaq

Ermənistan hökuməti üç həftə ərzində baş nazir Ovik Abramyanın əhaliyə verdiyi vədləri yerinə yetirməsə, ölkədə böyük istefalar olacaq.



`Metsamor`dan başlayan nüvə qaçaqmalçılığı – İNFOQRAFİKA

Metsamor AES-in dünyaya yaratdığı ən ciddi təhlükələrdən biri onun nüvə qaçaqmalçılığı üçün mənbə rolunu oynamasıdır.

***

Erməni deputatın əmisi oğlu nüvə qaçaqmalçılığına görə tutuldu

Ermənistanın hakim Respublika Partiyasının deputatı Arakel Movsisyanın əmisi oğlu Miqran Movsisyan həbs olunub.

***

Məmmədyarov Vyana görüşü haqda: `Danışıqlar yaxşı imkan yaradır`

"Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, dünən Vyanada keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır". Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

***

`Ermənilərə dedik ki, kişisinizsə, əlbəyaxa dalaşaq`

Ukraynanın Lvov şəhərində bir qrup erməni azərbaycanlılara silahlı hücum edib.



Milli Məclisdə kredit müzakirəsi - `Bəs, kim ağlayacaq?`

Azərbaycanda banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib.

***

Sarkisyan Əliyevlə görüşündən danışdı: `Nəticələrdən razı qaldıq` (VİDEO)

Ermənistan prezidenti Serj Sarkisyan Vyanadan qayıdan zaman təyyarədə onu müşayiət edən jurnalistlərə Avstriya paytaxtında keçirilən Qarabağ müzakirələri barədə açıqlama verib.

***

`Düşmən 3 dəqiqəyə susduruldu` - Komandan

Aprelin əvvəlindəki dörd günlük döyüşlərdə Raket və Artilleriya Qoşunları da üzərinə düşən tapşırıqları layiqincə, vaxtında və dəqiqliklə yerinə yetirdi. Bunu Azərbaycan Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov bildirib.

***

Magistrlar əsgərliyə getsin, yoxsa yox? - Müzakirə

Milli Məclisdə "Elm haqqında" qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

***

`Aprel döyüşlərində 800 hektar torpaq itirdik` - Sarkisyan
Ermənistan prezidenti Serj Sarkisyan dördgünlük müharibə zamanı Azərbaycanın 800 hektar torpaq sahəsini işğaldan azad etdiyini deyib.

***

Mehriban Əliyevadan amnistiya təşəbbüsü

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib.

***

Vyanadan gələn mesajlar: Müharibə qaçılmaz ola bilər

Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında görüş keçirilib. ATƏT-in Minsk Qrupunun Vyana görüşünün nəticələri ilə bağlı yaydığı bəyanatda qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz.



`İgidlərimiz şəhid olacaq...` - Şəhid əsgərin xatirələri (FOTOLAR)

Aprel döyüşlərində şəhid olan əsgər Mikayıl Vahabzadənin hərbi xidmətdə olduğu zaman qələmə aldığı şeirləri, xatirə dəftəri üzə çıxıb.

***

“Moskva Qarabağda sülh istəmir” - “The Huffington Post”

Rusiya Dağlıq Qarabağ münaqişəsində vəziyyətin gərginləşməsinin əsas səbəbkarlarından olmasa da, regionda sabitliyin pozulmasında əsas amillərdən biridir.

***

Sarkisyanın `800 hektar` etirafı Ermənistan internetini `partlatdı`

***

Putin Qarabağa görə iclas keçirdi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib.

***

`Ermənistan 5 rayonu qaytarmağa razılıq verib`- Kreml politoloqu

"Prezidentlərin Vyana görüşü zahiri cəhətdən nəticəsiz olsa da, vacib görüş idi. Bu görüşdə heç bir razılıq əldə olunmadı, bircə təmas xəttindəki insidentlərin araşdırılması ilə bağlı razılıqdan başqa”. Bunu Rusiya İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov prezidentlərin həmsədrlərin iştirakı ilə Vyanada keçirilən görüşünü şərh edərkən deyib.

***

Vyana görüşü Tomas de Vallı niyə təəccübləndirdi?

1995-ci ildən bəri ilk dəfə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasına dair monitorinq missiyasının gücləndirilməsinə dair təkliflərini qəbul etdi. Bu barədə Qarabağ üzrə nüfuzlu ekspert, Karnegi Fondunun (Britaniya) baş elmi əməkdaşı Tomas de Vall özünün Facebook səhifəsində Vyanada keçirilmiş görüşün nəticələrini şərh edərkən yazıb.

***

`İstefa etməyə hazıram`- Nazirlərin gərgin dialoqu

Vyanada Rusiya və ABŞ-ın həmsədr olduğu Suriyaya Beynəlxalq Dəstək Qrupunun görüşündə Türkiyə və Rusiya xarici işlər nazirləri arasında gərginlik yaşanıb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti