Tərtərdə top mərmisi taplıb - Fotolar

Tərtərdə top mərmisi taplıb - Fotolar
  17 May 2016    Oxunub:1547
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün Tərtər Adam və Füzuli rayonlarında 3 ev və həyətyanı sahədə, 8 əkin sahəsi, 35 partlayış yerinə baxış keçirilib.
ANAMA-nın mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Tərtər rayonu Əskipara kəndində 1 ədəd 100 mm-lik OF 412 top mərmisi aşkar edilərək götürülüb. Gün ərzində 40 320 kv/m ərazi təmizlənib.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel - 17 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 489 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 422 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qalereya




Teqlər:





Xəbər lenti