Vyanada kritik Qarabağ görüşü - Ötən gün nələr oldu?

Vyanada kritik Qarabağ görüşü - Ötən gün nələr oldu?
  17 May 2016    Oxunub:3261
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 16-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Metsomorun tullantıları Kür və Araza axıdılır

Metsamor AES-in nüvə tullantılarının Kür və Araz çaylarına axıdılması ehtimalı var.

***

`Əsəd haqda mahnı oxuyun` - Zaxarova Camalanı ələ saldı

Eurovision 2016" mahnı müsabiqəsində Ukraynanı təmsil edən Camalanın qalib gəlməsi Rusiya tərəfindən bimənalı qarşılanmayıb.

***

Ac ermənilər Qarabağdan qaçır - Ağdərə bomboşdur (VİDEO)

Ermənistan KİV-ləri Azərbaycanın işğal altında olan Ağdərə rayonunda videoreportaj hazırlayıb.



Erməniləri döyən idmançı: `Səmra bizi görəndə biabır oldu` (VİDEO)

Ukraynada kunq fu və uşu idman növü üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava olub. Davaya səbəb ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldıraraq təxriba əl atmasıdır. Yarış zamanı meydanda Azərbaycan yığmasını təmsil edən idmançı Orxan Mehdiyev və komanda yoldaşları artıq Bakıya qayıdıblar. O.Mehdiyev kütləvi dava ilə bağlı bilinməyən məqamları AzVision.az-la bölüşüb.

***

Ermənistan parlamenti `DQR-dan imtina etdi

Ermənistan parlamentinin xarici əlaqələr komissiyası “DQR”in “müstəqilliyi”nin tanınmasını nəzərdə tutan layihənin gündəliyə salınmasına müsbət rəy verməyib.

***

Ermənilərin İŞİD-lə iş birliyi - Kütləvi qırğınlar baş verə bilər (VİDEO)

Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların işğal altında Azərbaycan ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır.

***

Azərbaycan niyə Rusiyaya 12 xal verdi?

“Eurovision-2016” başa çatsa da, müsabiqə ətrafında müzakirələr davam edir. Ukrayna təmsilçisi Camalanın Avropanın ən mötəbər mahnı müsabiqəsində birinci olmasında siyasi məqsədlərin olduğu bildirilir. Ekspertlər hesab edirlər ki, Camalanın qələbəsi Avropanın Rusiyaya siyasi mesajıdır.



`Şəhidlərin qəhrəmanlığı qarşısında baş əyirəm` - Zakir Həsənov

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

***

Leyla Əliyevanın Əminə ilə yeni - FOTOSU
Sosial şəbəkələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı Əminə və əkizləri Əli-Mikayılla birgə çəkdirdiyi yeni fotosu yayılıb.

***

Deputat kanalizasiyaya düşdü - VİDEO

Hindistan parlamentinin "Bharatiya canata parti" partiyasını təmsil edən deputat Punamben Madam müsahibə zamanı yerin altına yuvarlanıb.

***

Suyun qiyməti niyə qalxdı? - Rəsmi açıqlama

"Azərsu" ASC su təchizatının və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılmasına münasibət bildirib.

***

Əsas budur, çirkli olsun - KARİKATURA

1999-cu ildən bu günə qədər Ermənistan-Gürcüstan sərhədində 14 dəfə nüvə qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.

***

`Metsamor AES-in yerləşdiyi ərazidə sürüşmələr mümkündür` - AUDİO

Metsamor AES-in nüvə tullantılarının Kür və Araz çaylarına axıdılması ehtimalı var`.

***

İkinci əl maşınlar getdikcə ucuzlaşır - Yeni qiymətlər

Azərbaycanda ikinci əl avtomobil bazarında qiymətlər yenidən aşağı düşüb. Avtomobil satıcılarının sözlərinə görə, may ayından etibarən satışlardakı nisbi canlanma dayanıb. Belə ki, ötən həftədən etibarən bütün banklar avtomobil kreditlərini tamamilə dayandırıblar.



Səmra qalmaqallı fotosundan danışdı: `Gözlənilmədən oldu...`

“Mənim üçün gözlənilməz oldu. Yaxınlaşdı ki, şəkil çəkdirək. Gözlənilmədən qucağına qaldırdı. Sonradan o, ispaniyalı iştirakçını, fransalı iştirakçını qucağına qaldırdı”. Bu sözləri Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində təmsil etmiş Səmra Rəhimli “ASAN Radio”nun efirində bildirib.

***

Almaniya XİN-dən Qarabağ açıqlaması: `Müharibə riski artacaq`

Dağlıq Qarabağda münaqişə nə qədər uzun müddət davam edəcəksə, tərəflər bir o qədər intensiv silahlanacaq, Ermənistan və Azərbaycan arasında müharibə daxil olmaqla yeni eskalasiya riski daha artıq olacaq. Bunu Vyanada Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

***

Məmuru zibil qutusuna atdılar

Ukraynanın Vinnitski vilayətinin Trostyanetski rayonu dövlət administrasiyasının rəhbəri Leonid Lobanyanın üzərinə yaşıl boya tökdükdən sonra zibil qutusuna atıblar.

***

NATO-dan Rusiyaya müharibə xəbərdarlığı

Rusiya təcavüzkar siyasətini davam etdirəcəyi təqdirdə NATO bu ölkəyə qarşı müharibə elan edəcək.

***

Əliyev Moqerini ilə Qarabağı müzakirə etdi - FOTO

Mayın 16-da Avstriya Respublikasına işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşü olub.



İlham Əliyev:`Danışıqları davam etdirməyə hazırıq` (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.

***

Sayğacı olmayanların su pulu necə hesablanacaq?

Smartkart sayğacından istifadə edən və bu sayğacla təmin olunmayan vətəndaşların su pulu necə hesablanacaq?

***

Sarkisyan da Kerri ilə görüşdü - Qarabağ müzakirə edildi

Vyanada ABŞ dövlət katibi Con Kerri ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.



Əliyev-Sarkisyan görüşü başa çatdı - FOTOLAR

Mayın 16-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.

***

Minsk Qrupundan prezidentlərin görüşünə dair bəyanat

ATƏT-in Minsk Qrupu Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada keçirilmiş görüşünün nəticələri ilə bağlı bəyanat yayıb.

***

`Prezidentlər atəşkəs barədə razılığa gəldilər` - Lavrov (VİDEO)

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Vyanada keçirilən görüşünün yekununda Dağlıq Qarabağda atəşkəsin əldə edilməsinin zəruri olduğu barədə razılığa gəliblər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezidentlərin Vyanada keçirilən görüşü barədə jurnalistlərə açıqlamasında deyib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti