“Metsamor AES-in əleyhinə kampaniya uğurlu həmlədir”

“Metsamor AES-in əleyhinə kampaniya uğurlu həmlədir”
  16 May 2016    Oxunub:2287
“Bəzi qəzet, agentlik və televiziyalar var ki, onlar əvvəl beynəlxalq, indi isə qlobal media qurumları sayılılar. Ancaq günümüzün reallığı belədir ki, əhatə və elə təsir baxımından da hazırda ən qlobal media məhz sosial şəbəkədir”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. O, fikrini belə davam etdirib:

“Sosial şəbəkənin Azərbaycan seqmentindəkilər, yəni bizlər nə qədər savadlı və hazırlıqlı olacağıqsa, burada dövlətimizin, xalqımızın maraqlarını nə dərəcədə peşəkarlıqla qoruyacaq, bu maraqdan çıxış edəcəyiksə, o dərəcədə səsimiz ucadan eşidiləcək.

Bunu niyə deyirəm bilirsinizmi? Fikir verirəm, son günlər Ermənistandakı Metsamor AES əleyhinə başladılan kampaniyaya böyük beynəlxaq reaksiya var. Aparılan bu kampaniya Metsamor AES-in bağlanmasıyla nəticələnəcəkmi? Yaxın perspektivdə çətin.

Ancaq biz bununla Ermənistandakı hərbi cinayətkar rejimi növbəti dəfə beynəlxalq aləmlə üz-üzə qoyur, onu təcrid və diligödək edirik. Onları məcbur edirik ki, Azərbaycanın əleyhinə yönəcəkenerjilərinin bir hissəsini məhz bu qəbildən olan məsələlərə sərf etsin. Düşməni hər yolla, hər fürsətdə qısnamaq, bərkə-boşa çəkmək, yormaq, həmişə müdafiə vəziyyətində saxlamaq. Hər bir savaşın, o sıradan da informasiya savaşının vazkeçilməz qanunlarıdır bu.

Ona görə də Metsamor AES-in əleyhinə aparılan kampaniyanı uğurlu informasiya həmləsi sayır, hər kimdilərsə onu başladanlara öz təşəkkürümü bildirirəm”.

AzVision.az


Teqlər:





Xəbər lenti