ANAMA minatəmizləmə əməliyyatlarını davam etdirir

ANAMA minatəmizləmə əməliyyatlarını davam etdirir
  15 May 2016    Oxunub:1155
ANAMA bu gün də Tərtər və Füzuli rayonlarında partlamamış hərbi sursatlar (PHS) aşkar edib.
Qurumdan AzVision.az-a daxil olan hesabata əsasən, 6 ev və həyətyanı sahədə, 2 otlaq sahəsi daxil olmaqla 9 partlayış yerinə baxış keçirilmiş, gün ərzində 13 346 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 14 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 480 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti