Gözlənilməz Vyana görüşü - Gündəm tamam dəyişdi

Gözlənilməz Vyana görüşü - Gündəm tamam dəyişdi
  13 May 2016    Oxunub:5322
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 12-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Xəzər 3 ölkə arasında bölündü

Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi həyata keçirilib.

***

`Qarabağın həlli ABŞ üçün prioritet deyil` - Brayzadan gözlənilməz açıqlama


ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynamaq istəmir. Bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza bildirib.

***

Qarabağda erməni əsgər məhv edildi

Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində erməni ordusunun bir əsgəri məhv edilib.

***

Ruslar kimi dəstəkləyir: Azərbaycanı, yoxsa Ermənistanı? (SORĞU)

Rusiya vətəndaşları inanırlar ki, onların ölkəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına kömək edə bilər.

***

`Mülki əhaliyə qarşı hücumlar artıb` - Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov Alman Xarici Siyasət Cəmiyyətində Azərbaycanın xarici siyasətinə dair məruzə ilə çıxış edib.

***

Ermənistanda qalmaqal - generalın 800 milyonluq sərvəti üzə çıxdı

Ermənistanda Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icbari icrası xidmətinin sabiq rəisi, general-mayor Mihran Poghosyan Londonun mərkəzində bina alıb.

***

`Nikahdan kənar doğum adi hala çevrilib` - Hicran Hüseynova

Azərbaycan ailəsi öz quruluşunda əvvəlki ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib

***

Həmsədlərin Qarabağ bəyanatı: `Prezidentlər görüşməlidir`

“Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsinin vaxtı çatıb”. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun bu gün yayılan birgə bəyanatında deyilir.



Erməniləri məhv edən şəhid Novruzov təltif edilib - FOTOLAR

2-5 aprel tarixlərində cəbhə xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Milli Ordumuzun zabiti, baş leytenant Novruzov Mirzə Sərvər oğlu təltif edilib.

***

Avropa İttifaqından Ermənistana xəbərdarlıq

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin nümayəndəsi Mayya Kosyançiç Ermənistana nüvə silahının yayılmaması haqqında müqavilənin imzalanmasından sonra ölkənin üzərinə götürdüyü öhdəlikləri xatırladıb.

***

Ermənilərin əsgər problemi böhran həddində

Demoqrafiya sahəsində Ermənistanın üzləşdiyi problem cəbhədə aprelin əvvəllərində məlum döyüşlərdən sonra daha geniş miqyas almağa başlayıb.

***

Ermənistanın baş nazirindən korrupsiya etirafı

Ermənistanın baş naziri Ovik Abramyan ölkənin dövlət qurumlarında korrupsiya faktlarının olmasını etiraf edib.

***

Prezidentlər mayın 16-da görüşə bilər

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan mayın 16-ı Avstriyanın paytaxtı Vyanada görüşə bilər.

***

`Prezidentlərin görüşü baş tutmaya bilər` - YAP-dan reaksiya

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, prezidentlərin bu görüşü baş tutmaya bilər.



Zakir Həsənov hərbi hissənin açılışında - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ön xətdə yerləşən birləşmənin taboru üçün yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib.

***

Ermənilər Naxçıvanı atəşə tutdu - Hərbçimiz yaralandı

“Qoşunların təmas xəttində əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib”.

***

Abutalıbov Bakıda qanunsuz eyvanları sökdürür

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt sakinlərinə qanunsuz tikilən artırma eyvanların söküləcəyi ilə bağlı xəbərdarlıq edib.



5 dövləti gözləyən faciə - `Metsamor`un təhlükəsini sübut edən FAKTLAR

Uzun müddətdir ki, region dövlətləri – Azərbaycan, Türkiyə, İran, Gürcüstan, o cümlədən Avropa İttifaqı və əksər beynəlxalq təşkilatlar Ermənistanın "saatlı bomba” adını alan Metsamor Atom Elektrik Stansiyası barədə həyəcan təbili çalır. Stansiyanın hər an qəzaya səbəb ola biləcəyi və nəticədə milyonlarla insanın təhlükə altına düşə biləcəyi vurğulanır. Amma Ermənistan heç nəyə baxmayaraq, hələ də bu köhnə stansiyanı işlətməkdə davam edir.

***

Kerri və Lavrov Əliyev-Sarkisyan görüşündə iştirak edəcək

Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov, Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın mayın 16-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək görüşündə iştirak edəcəklər.

***

`Müharibə olsa Azərbaycana keçəcəyik` - Qarabağ erməniləri (VİDEO)

Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün bəyanatlarına baxmayaraq Qarabağ erməniləri münaqişə zonasında hərbi əməliyyatların başlamasını istəmirlər.
***

Ermənistan ordusunda həbslər başladı - Polkovnik tutuldu

Ermənistan ordusunun avtonəqliyyat xidmətinin rəisi, polkovnik David Abraamyan həbs edilib.



Şəhidlərimizin dəfnindən 40 gün keçdi - FOTOLAR

Aprel döyüşlərində şəhid olan pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Əbubəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin 40 mərasimidir.

***

Bakıda `İŞİD-çi`nin oğurladığı uşaq belə xilas edilib - VİDEO

Sabunçu rayonunun Şuşa şəhərciyində İŞİD-çi olduğu deyilən şəxs tərəfindən oğurlanan 8 yaşlı uşağın xilasolunma görüntüləri yayılıb.

***

Sabiq icra başçısının oğluna vəzifə verildi - FOTO

Salyanın sabiq icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli yeni vəzifəyə təyinat alıb.

***

Sürpriz Vyana görüşü - Nəticəsi nə olacaq?

Azərbaycan və Ermənistan prezidentlərinin gələn həftə görüşü gözlənilir. Rusiya KİV-lərinin yaydığı məlumata görə, İlham Əliyevlə Serj Sarkisyanın növbəti görüşü mayın 16-da Avstriyanın paytaxtı Vyanada baş tutacaq. Cəbhədə erməni təxribatlarının davam etdiyi vaxtda prezidentlərin görüşü nə vəd edir? Azərbaycanın bu görüşdən gözləntiləri nədən ibarətdir?

***

Prezident Nazim İbrahimova yeni müavin təyin etdi

Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri, YAP Gənclər Birliyinin sədr müavini Ramin Ələmşah oğlu Məmmədov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin edilib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti