Hərbi attaşelər fosforlu mərminin düşdüyü yerdə - FOTOLAR

Hərbi attaşelər fosforlu mərminin düşdüyü yerdə - FOTOLAR
  11 May 2016    Oxunub:3035
Xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri Tərtər rayonunun Əskipara kəndinə gələrək Ermənistan silahlı qüvvələrinin ağ fosfor bombası atdığı əraziyə baxış keçiriblər.
AzVision.az xəbər verir ki, Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan səfər Ermənistan Silahı Qüvvələrinin Əskipara kəndinə fosfor təyinatlı hərbi sursat atması faktı ilə bağlıdır.



Hərbi attaşelər yerindəcə ermənilər tərəfindən fosforlu silahın istifadəsi ilə tanış olublar. ANAMA mütəxəssisləri tərəfindən də mərminin təfərrüatları izah olunub.



XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib ki, ermənilərin kimyəvi silahdan istifadə etməsi mülki əhali arasında çoxsaylı tələfat olmasına hesablanıb. Çünki bu ərazi kompakt yaşadığı kənddir və kənddə heç bir hərbi təyinatlı obyekt yoxdur. Hədəf ancaq dinc sakinlər olub.



Qeyd edək ki, fosfor təyinatlı silahın istifadə olunması beynəlxalq konvensiyalarla qadağan olunub. Belə ki, bu silah kifayət qədər təhlükəli xarakter daşıyır.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti