DTX əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

DTX əməkdaşları Heydər zirvəsinə yürüş ediblər
  09 May 2016    Oxunub:1861
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Heydər zirvəsinə yürüş ediblər.
Yürüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Sonra Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan Heydər zirvəsinə yürüş başlanılıb. Yürüş Qızıl Qaya massivinin ətəklərində davam etdirilib və çətin keçidləri olan zirvəyə qalxmaq üçün hazırlıq məqsədilə həmin ərazidə düşərgə salınıb. Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə yüksək idman əhval-ruhiyyəsi ilə mayın 8-də Heydər zirvəsinə qalxaraq, Azərbaycanın dövlət bayrağını ucaldıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti