Tərtərdə top mərmisi aşkar edilib

Tərtərdə top mərmisi aşkar edilib
  09 May 2016    Oxunub:2579
Tərtərin Qarağacı kəndində 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilib.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında bildirilir.

Mayın 8-də Tərtər, Füzuli və Goranboy rayonlarında 5 ev və icra nümayəndəliyinin həyatyanı sahə, 2 otlaq sahəsi daxil olmaqla 18 partlayış yerinə baxış keçirilib. Gün ərzində 37 110 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 8 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 448 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 7 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 415 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti