`ASAN Kommunal` regionlarda da fəaliyyət göstərəcək

`ASAN Kommunal` regionlarda da fəaliyyət göstərəcək
  06 May 2016    Oxunub:2399
"Bu günə qədər 600-dən çox Asan Xidmət könüllüsü işlə təmin olunub".
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN radio"nun “Qəbuldasan” verilişində bildirib.

Onun sözlərinə görə, hər bir ASAN xidmət mərkəzində 80-100 arası könüllü cəlb olunub: “Artıq könüllülərin məktəbi yaradılıb. Könüllülərin iş tapması üçün "ASAN Kadr" qurulub. Bu proqram vasitəsilə yalnız dövlət qurumlarında deyil, özəl sektorlar tərəfindən də könüllülərin işə götürülməsi həyata keçirib”.

ASAN Kommunal mərkəzləri həm Bakı şəhərində, həm də regionlarda fəaliyyət göstərəcək deyən İnam Kərimov bildirib ki, kommunal ödənişlər “ASAN Kommunal” da göstərilən xidmətlərin kiçik bir hissəsidir: “Bu xidmətin həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur.

“Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İstehsalat Birliyinə aid olan bütün müştəri xidmətləri "ASAN Kommunal"da həyata keçiriləcək. Yəni ilkin olaraq qeyd olunan 3 qurumun göstərdiyi xidmətlər həyata keçiriləcək, sonra isə qarşılıqlı razılaşma əsasında digər kommunal xidmətlər də ASAN Kommunal mərkəzlərində təqdim ediləcək”.(Report)

AzVision.az


Teqlər:





Xəbər lenti