Emin Millinin qaynı azadlığa buraxıldı
Nazim Ağabəyov son sözlə çıxış edib. O, bildirib k, heç zaman cinayətkar olmayıb: "20 ilin mütəxəssisiyəm. Evimdə xəstə uşağım var. Heç bir zaman narkotik maddələrin dövriyyəsi ilə məşğul olmamışam. Nə siqaret nə də spirtli içli istifadəçisi deyiləm. Məni tutmağınızın səbəbi Emin Millidirsə onunla əlaqəm yoxdur, heç zaman müxalifətçi olmamışam. Hər zaman dövlətimi dəstəkləmişəm. Vergimi vermişəm. Bəraət çıxarılmasını istəyirəm".
Xatırladaq ki, prokuror ötən prosesdə məhkəmədən Nazim İbrahimovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Hakimlər kollegiyasının qərarı isə belə oldu:
- Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 - cü( külli miqdarda narkotk) maddəsi 234.1(narkotik vasitə) maddəsi ilə dəyişdirilib. 70-ci maddə ( şərti cəza ) tədbiq edilərək 2 il müddətinə şərti olaraq cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.
AzVision.az
Teqlər: