AMEA-da ixtisarlar başladı

AMEA-da ixtisarlar başladı
  18 İyul 2013    Oxunub:1219
AMEA prezidenti: “AMEA-da gerilik var”
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində (RH) Akademiyanın prezidenti Akif Əlizadənin mətbuat konfransı keçirilib. AzVision.az-ın məlumatına görə, konfransda çıxış edən A.Əlizadə bildirib ki, AMEA-da yeni Rəyasət Heyəti seçiləndən sonra işə ilk struktur dəyişikliklərindən başlanılıb.

“Mən qeyd etmişdim ki, Rəyasət Heyətinin rəhbər orqanı olaraq, Akadamiya miqyasında onun fəaliyyəti sönmüş hiss olunurdu. O aparatda baş idarədir. Onun fəaliyyəti çox çevik və çox müasir olmalıdır”.

Akademiyada 3-4 ay ərzində görülən işlərdən danışan A.Əlizadə bildirib ki, elmi təşkilat şöbəsi idarəyə çevrildi, onun nəznində iki şöbə təşkil edildi. Elmi informasiya şöbəsi ləğv olundu. Çünki orada həm fəaliyyətin proqramı müəyyən deyildi, həm də müasir tələblərə cavab vermirdi. Xarici əlaqələr strukturu ləğv olundu və onun yerinə idarəsi yarandı. O da iki müstəqil şöbədən təşkil olundu. Həmin şöbələrdən biri yalnız beynəlxalq təşkilatlarla fəaliyyət göstərir. Digər şöbə isə MDB ölkələrinin Rəyasat Heyətləri ilə əlaqələr saxlanılır”.

A.Əlizadə bildirib ki, yeni yaradılan şöbələrdən biri də hüquq şöbəsidir. “Akademiyada sərəncam veriləndə bilmirsən hüquqi baxımdan qəbul olunmuş normalara uyğundur yoxsa yox. Buna görə də bu şöbə yaradıldı”.

Akademiyanın institutlarının geriliyindən danışan Akif Əlizadə qeyd edib ki, müasir elmi innovasiyasız təsəvvür etmək olmaz. “Bu istiqatmədə işlər aparılır. Əsas məsələ bu gün akademiyanın informasiyalaşdırılması məsələsidir. İndi əsr informasiya əsridir. Bu il prezident tərəfindən İKT ili elan edilib. Azərbaycanda da olduqca iri addımlarla informasiya problemləri həll olunur. Bu baxımdan akademiyada gerilik var idi. Bəzi instututların heç saytı yox idi. Biz də İKT institutunun köməyilə bu problemi aradan qaldırdıq. Akademiyada elmi komputer şəbəkəsi yaradılıb və istifadəyə verilib. Bu da İKT sahəsində atılan çox mühüm addımdır. Azərbaycan elmini virtual məkanda əks etdirən informasiya resurslarıdır”.

Daha sonra A.Əlizadə bildirib ki, AMEA 17 dövlət prqramında iştirak edir və məsuliyyət daşıyır. “Bu proqramlar müxtəlif sferalara aiddir. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası fəaliyyətimizin əsas tərkib hissəsidir. Bu, bizim cənab prezidentin, dövlətimizin platformasıdır”.

Tələbələrin AMEA-da təcrübə məsələsinə də toxunan Akif Əlizadə bildirib ki, univerrsitetlərin 2-3-cü kurs tələbələri akademiyada püxtələşmiş alimlərlə işləyir, təcrübələrdə iştirak edir və diplom işini akademiyaya uyğunlaşdırıb hazırlayır. Bu sahədə daha bir addım akademiyada iki baza kafedraları yaratdıq, məsələn onlardan biri neft-qaz kafedrasıdır. Alimlər orada fəaliyyət göstərirlər”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti