Bakıda avtobus qəzası - Ölən və xeyli yaralı var

Bakıda avtobus qəzası - Ölən və xeyli yaralı var
  08 Aprel 2016    Oxunub:4655
Bakıda avtobus qəzası baş verib.
AzVision.az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Nizami Rayon Polis İdarəsindən bildirilib ki, qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, qəza zamanı 10 nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib.

Nazirlikdən onu da qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti