4 gün ərzində 3 min insan qan verib - Mərkəzi Qan Bankı

4 gün ərzində 3 min insan qan verib - Mərkəzi Qan Bankı
  06 Aprel 2016    Oxunub:2280
Aprelin 2-dən bu günə kimi 3000-dən çox insan könüllü qan verib.
Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyevanın AzVision.az-a verdiyi məlumata görə, hazırda ölkədə kifayət qədər qan ehtiyyatı var.

Baş həkim bildirib ki, ən son dünən səhər saat 8-də Bərdə, Tərtər bölgəsinə qan göndərilib.

“Hazırda kifayət qədər qan ehtiyatımız var. Odur ki, qana ehtiyac yoxdur. Kifayət qədər qan ehtiyyatı olmasına baxmayaraq, insanlar Bərdə, Gəncə, Mingəçevir mərkəzlərinə axışıb qan verirlər. Həmin bölgələrdə qan ehtiyyatı çox olduğuna görə, Bakıdan qan göndərilməsi tələb olunmur”.

P.Hacıyeva vurğulayıb ki, daha çox qanvermə Gəncə və Bərdə regional bölmədə qeydə alınıb. Bu günlər ərzində 3000 vahiddən çox qan ehtiyyatı yaranıb.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:





Xəbər lenti