Gəncədə əsgərlər üçün qan yığılır - Fotolar

Gəncədə əsgərlər üçün qan yığılır - Fotolar
  05 Aprel 2016    Oxunub:3010
Gəncədə cəbhə bölgəsində yaralanan vətəndaşlara və əsgərlərə yardım etmək məqsədilə qanvermə aksiyasına start verilib.
AzVision.az xəbər verir ki, Mərkəzi Qan Bankının Gəncə Bölməsində təşkil edilən aksiyada şəhərdə fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kollektivləri, o cümlədən sakinlər könüllü olaraq qan veriblər.

Aksiyaya qatılanlardan Aytən Əliyeva, Cəlalə Həsənli, Pərvin Abbasov, Kərim Yusifov bildiriblər ki, qan verməklə onların məqsədi Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə yaralanan əsgərlərin və mülki şəxslərin qana olan ehtiyaclarını təmin etməkdir.

Gəncə şəhər Təhsil İdarəsi Metodiki Mərkəzin direktoru Söhrab Hacıyev, Gəncə şəhər Mərkəzi Kitabxananın şöbə müdiri Gülnaz İskəndərova bildirib ki, qan verməklə onlar Silahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbatı ödəməyə çalışırlar.

Aksiyada iştirak edənlər əvvəlcə müayinədən keçiblər, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.

Qeyd edək ki, hal-hazıradək 147 nəfərdən qan götürülüb.

Qalereya




Teqlər:  





Xəbər lenti