Deputatlar cəbhədəki döyüşləri müzakirə edir

Deputatlar cəbhədəki döyüşləri müzakirə edir
  05 Aprel 2016    Oxunub:2223
“Əmək haqqımın bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəm”.
AzVision.az xəbər verir ki, deputat Qüdrət Həsənquliyev bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. O, həmkarlarını da bu addımı atmağa çağırış edib:

“Azərbaycan göstərdi ki, kiçik itkilərlə böyük qələbə əldə edə bilərik. Artıq Ermənistan ordusu sınıb, psixoloji illüziya yaranıb. Azərbaycan yaranmış vəziyyətdən istifadə edib düşmən ordusunu məhv etməlidir”.

Q.Həsənquliyev eyni zamanda təklif edib ki, Milli Məclis adından müraciət qəbul olunsun: “Əgər erməni anaları əsgərlərin məhv olmasını istəmirlərsə, Sarqsyan hakimiyyətinə yox desinlər. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra danışıqlar baş tuta bilər”.

Deputat Qənirə Paşayeva isə deyib ki, torpaqlarımızın bir qarışını düşmən tapdağında qalmayacaq: “Azərbaycanı heç kim qınaya bilməz. Çünki Azərbaycan öz torpaqlarının azad olunması uğrunda mübarizə aparır. Cəbhədə baş verən hadisələr bird aha göstərdi ki, Azərbaycan xalqı prezidentinin yanındadır”.

Q.Paşayeva həmçinin Azərbaycan diasporunu da bu işlərdə fəal olmağa çağırıb: “Erməni diasporunun yalan məlumatlarını durdurmaq məqsədilə infomasiya müharibəsində Azərbaycana dəstək verilməlidir. Gənclər də sosial mediada fəal olmalıdırlar”.

“Bütün təmas xəttində mülki əhali yaşayır. Lakin bir nəfər də yerindən çəkilmədi. Amma Ermənistan tərəfindən Şuşaya qədər olan hissədən hər kəs qaçır. Nəticə budur. Bizim insanların dövlətə olan inamı sonsuzdur” –deyən spiker Oqtay Əsədov isə qeyd edib ki, Dağlıq Qarabağın özündə əllərinə silah alıb döyüşə biləcək cavanlar yoxdur:

“Sosial şəbəkələrdə qocaların əllərində silahları olan köhnə şəkillər yayılır. Ona görə də bizim mətbuat işçilərindən xahiş edirik ki, düzgün məlumatlara əsaslansınlar. Onlar yaşayış yerini tərk edir. Bu belə də davam edəcək. Bax, biz bunları təbliğ etməliyik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti