Deputat NTV-yə etiraz etdi

Deputat NTV-yə etiraz etdi
  03 Aprel 2016    Oxunub:3343
“Rusiyada yaşayan soydaşlarımız, diaspor təşkilatlarımız NTV telekanalının təxribatına etirazını bu qurumun rəhbərliyinə və üzvlərinə mütləq ciddi şəkildə çatdırmalı və bu məsələni ictimailəşdirməlidir”.
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Qənirə Paşayeva Rusiyanın NTV telekanalının Azərbaycana qarşı yol verdiyi təxribata münasibət bildirərkən deyib.

Deputat qeyd edib: “yni zamanda harada yaşamasından asılı olmayaraq, insanlarımız sosial media üzərindən də NTV-nin təxribatına etirazını kanala çatdırmalıdır. Təssüf ki, Rusiyanın bir sıra KİV-ləri yenə də öz təxribat və yalanlarından əl çəkmirlər”.

Qeyd edək ki, NTV Region TV-nin Azərbaycanın cəbhə bölgəsində lentə aldığı kadrları Ermənistan tərəfinə aid edərək, 2 erməni uşağının öldüyünü bildirib.

TTV (Region TV) xəbər verir ki, NTV telekanalı yayımladığı sujetdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın Moskvadakı nümayəndəsi Albert Andryanın açıqlamalarına da yer verərək ikinci təxribata əl atıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti