`Ermənilər təşviş içindədirlər` - Deputatlardan reaksiya

`Ermənilər təşviş içindədirlər` -  Deputatlardan reaksiya
  02 Aprel 2016    Oxunub:3999
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Twitter” səhifəsində cəbhədə baş verən son hadisələrə münasibət bildirib.
“Ermənilərin cəbhədə provokasiyaları Azərbaycan Prezidentinin Avropa və ABŞ ilə apardığı uğurlu siyasətdən doğan vahimədir”, - deyə S.Seyidov qeyd edib.

Milli Məclisinin deputatı Qənirə Paşayeva də cəbhədəki vəziyyətə münasibət bildirib.

“Ermənistanın ön cəbhədə təxribatları nəticəsində həyatını itirmiş qardaşımız Orxan Rəhimova Allahdan rəhmət, Cəlal Rəhimova isə acil şəfalar diləyirik. İnşallah Ordumuz işğalçı Ermənistana layiq olduqları cavabı verir və verəcək. Ordumuzun yanındayıq hamımız bir əsgər kimi. Allah bütün əsgər və hərbiçilərimizi qorusun”,-deyə millət vəkili qeyd edib.

Q.Paşayeva vurğulayıb ki, ordumuz işğalçı Ermənistana layiq olduğu cavabı verir: “Ermənilər təşviş içindədirlər. İnşallah daha betər olcaqlar. Allah əsgər və hərbiçilərimizə yardım etsin. Ordumuzun yanındayıq”.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə Ermənistan ağır silahlardan istifadə etməklə qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub, təxribat və həmlələr həyata keçirib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti