ABŞ Azərbaycanı lider ölkə kimi tanıdı – Tarixi Gün

  01 Aprel 2016    Oxunub : 2177
ABŞ Azərbaycanı lider ölkə kimi tanıdı – Tarixi Gün
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 30-da nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Ermənilərin törətdiyi bəşəri cinayət - VİDEO

Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 98 il ötür.

***

`Qarabağ probleminin həllini görmək istəyirik` - Kerri

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi burada salamlamaqdan şadam. Bizim hazırda üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana çox minnətdarıq”. Bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyev ilə martın 30-da Vaşinqtonda görüşdən əvvəl mətbuata bəyanatında deyib.

***

Prezident ABŞ-da mühüm görüşlər keçirdi - FOTOLAR
Azərbaycan prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşüb.

***

`ABŞ Azərbaycana lider ölkə kimi baxır`- Con Kirbi

ABŞ Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan "Cənub qaz dəhlizi"nin yaradılması işində lider ölkələrdən biri kimi baxır. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevlə dövlət katibi Con Kerri arasında baş tutan görüş haqqında yaydığı bəyanatda bildirib.

***

Mərkəzi Bankın daha bir səlahiyyəti ləğv olunub

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

***

Somalidə ölən azərbaycanlının FOTOSU

Somalinin paytaxtı Moqadişo yaxınlığında naməlum silahlılar içərisində Türkiyə və Azərbaycan vətəndaşları, eləcə də yerli sakinlər olan xidməti avtomobilə hücum ediblər.

***

Deputatlar Himnimizin dəyişdirilməsini istəyir

Azərbaycanın dövlət Himninin dəyişdirilməsi ilə bağlı indiyədək bir neçə dəfə təklif irəli sürülüb. Bu məsələ ictimaiyyət nümayəndələri arasında fikirayrılığına, hətta qalmaqallara yol açıb.

***

Somalidə ölən azərbaycanlı Fətullah Gülənçi imiş - Yeni faktlar (FOTO)

Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində Azərbaycan vətəndaşı, Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı həlak olub, onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır yaralanıb. Əldə etdiyimiz məlumata görə, Kəmalə İsmayılova bir neçə il öncə ailəsi ilə birlikdə Türkiyəyə köçərək, orada müəllimlik fəaliyyəti ilə məşğul olmağa başlayıb.

***

Azərbaycanlı avtoritetlər tutuldu - Moskvada “sxodka”ya basqın

Rusiyada azərbaycanlıların kriminal “sxodkası”nın qarşısı alınıb.

***

Apreldə hava necə olacaq? - Aylıq proqnoz

Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb.

***

Rus deputat İlham Əliyevə məktub göndərdi - FOTO

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelev Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı başsağlığı məktubu göndərib.

***

`Kasıb ailələr daha möhkəm olur` - Hadi Rəcəbli

“Gənc ailələrin boşanması üzücü haldır. Rəsmi qurumlar tərəfindən açıqlanan statistika xoş təsir bağışlamr. Boşanmaların səbəbi araşdırılmalı, bu halların qarşısının alınması üçün ciddi addımlar atılmalıdır”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

***

MTRŞ şərt qoydu: Ya pulu ver, ya da serialı

İctimai Televiziya serial çəkilişləri üçün ayrılan vəsaiti Milli Televiziya və Radio Şurasına geri qaytaracaq. Bu barədə MTRŞ-ın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.



`Moskva` univermağından 300 minlik qızıl oğurlanıb - VİDEO

Bakının Nəsimi rayonu, Cavadxan küçəsi, 5 ünvanında fəaliyyət göstərən "Moskva" univermağından oğurlanan qızıl-zinət əşyalarının məbləği açıqlanıb.

***

Azərbaycan Dövlət Himni işarət dilində - VİDEO

Azərbaycan Gənclər Klubu Dövlət Himnini işarət dili ilə ifa edib.

***

Tikinti şirkətlərinin yeni fırıldağı - Diqqətli olun
“Banklardan sonra bir sıra tikinti və avtomobil servis şirkətləri də əhalini aldatmağa və yumşaq desək şirnikləşdirməyə başlayıblar”. Bununla bağlı iqtisadçı Vüqar Bayramov vətəndaşları xəbərdarlıq edib.

***

AXCP Müsavatın barışıq təklifini rədd etdi

Əfv sərəncamı ilə azadlığa çıxan Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov mətbuata verdikləri müsabibələrlə müxalifətdaxili ziddiyətləri yenidən alovlandırıblar.

***

Eldar Mahmudov öz qohumunu da şantaj edibmiş – Qalmaqallı `məktəb işi`

Bir müddət öncə sabiq nazir Eldar Mahmudovun atası, akademik Əhməd Mahmudovun öz adını daşıyan Şərur Liseyinin qarşısındakı büstünün və lisey binasının tamamilə söküldüyü haqda qeyri-dəqiq xəbərlər yayılmışdı. Amma əsl qalmaqal bununla yox, həmin liseyin binasının tikilməsilə bağlıdır.

***

Meyxanaçıların qatıldığı `sxodka`ya basqın anı - VİDEO

Rusiyada azərbaycanlı avtoritetlərin keçirdiyi “sxodka”ya edilən polis hücumunun görüntüsü yayılıb.

***

Ermənistan ordusunda itki - Ölən və yaralı var

Martın 30-da Azərbaycan və erməni qoşunlarının təmas xəttində düşmən hərbçisi odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

***

`Sxodka`ya qatılan meyxanaçı: `Polislərlə şəkil çəkdirdik`

Rusiyanın Yekaterinburq şəhərində tanınmış meyxanaçı qardaşlar - İntiqam və Ehtiram Rüstəmovların da iştirak etdiyi məclisə qara maskalılar tərəfindən basqın edildiyi barədə xəbər vermişdik. Meyxanaçı İntiqam Rüstəmov hadisənin təfərrüatını danışıb.

***

Putin və Obama razılaşdı: Əsəd Suriyadan gedir

Rusiya və ABŞ Suriyadakı vəziyyətin siyasi həlli ilə bağlı razılığa gəlib. Bu razılaşmaya Suriya prezidenti Bəşər Əsədin başqa ölkəyə köçməsi və istefası daxildir.

***

`Azərbaycan 12 il gecikib` - Nazir müavini

“Turizmə maneçilik və süni əngəllər olmasa, bu sektor inkişaf edər. Təəssüflər olsun ki, bizdə hələ də bu maneələr var. Bu süni əngəllərin qarşısını almaq üçün bizim imkanımız və gücümüz çatmır. Bu, bizdən asılı deyil”. Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.



Bakıda Əzrailin `gəzdiyi` bina... – REPORTAJ (FOTOLAR)

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə əvvəl Bakının Xətai rayonu, Cavanşir küçəsi 10 ünvanında yerləşən H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus yataqxanada uçqun olub. Hadisədən sonra yataqxana binası qəzalı vəziyyətə düşüb. AzVision.az-ın əməkdaşları hadisə baş verən yataqxanaya baş çəkərək, sakinlərin problemləri ilə maraqlanıb.

***

Bu məktəbə saçlı gedən saçsız qayıdır - Video - Foto

Tovuz rayonunun orta məktəblərindən birində anlaşılmazlıq olub. Bir qrup valideyn məktəbdə müəllimin şagirdlərin saçını qırxdığını iddia edib.

***

`Rusiya aramızı vurur` - Prezident ABŞ-dan səsləndi

Vaşinqtonda səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeldlə görüşüb. Görüşdən öncə gürcü lider Qafqaz və Mərkəzi Asiyadan olan gənc liderlər qarşısında çıxış edib.

***

Rusiyada azərbaycanlılara qarşı əməliyyat keçirilir

Rusiyanın Yekaterinburq şəhərində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları şəhərin ən böyük meyvə-tərəvəz bazasında əməliyyat keçirir.

***

SOS: Məktəblilər adlarını niyə yaza bilmir?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bir neçə gün öncə ötən ilin məzunları ilə bağlı maraqlı statistika açıqlayıb. Rəsmi məlumata görə, Azərbaycanda keçirilən buraxılış imtahanlarında iştirak edənlər arasında oxuyub-yazmağı bilməyənlər var. Bəs buna səbəb nədir?

***

Məşhur memar Zaha Hadid dünyasını dəyişdi

Dünya şöhrətli ərəb əsilli memar Zaha Məhəmməd Hadid dünyasını dəyişib.

***

ABŞ-dan Azərbaycana böyük dəstək

ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.



Prezident ABŞ-da Qarabağı müzakirə etdi - FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının “Export-Import” Bankının sədri və prezidenti Fred Hokberq ilə görüşüb.

***

Türkiyədə növbəti terror - 7 ölü, 27 yaralı (VİDEO)

Türkiyənin Diyarbəkir vilayətində partlayış olub.

***

Faiq Ağayevi də aldatdılar: `Şərəfsizlərə inanmayın`

Xalq artisti Faiq Ağayev telefon dələduzlarının qurbanına çevrilib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az

Teqlər: