`Əli Kərimli üçün yeni qazanc imkanı yaranıb`

`Əli Kərimli üçün yeni qazanc imkanı yaranıb`
  31 Mart 2016    Oxunub:2381
Avropada mühacirlərə qarşı atılan sərt addımlar vaxtilə ora müxtəlif adlar altında `mühacirət` etmiş və siyasi sığınacaq almış bəzi azərbaycanlıların da kürkünə birə salıb. Belə ki, ayrı-ayrı Avropa dövlətlərinin mühacirlərdən yeni sənədlər tələb etməsi həmin şəxsləri yenidən AXCP və Müsavat rəhbərliyinə ağız açmağa məcbur edib.

Məlumata görə, artıq bir neçə şəxs adı çəkilən partiyaların rəhbərliklərinə müraciət edərək, yenidən onlara saxta sənədlər, üzvlük vəsiqəsi və s. təşkil edilməsini istəyiblər.

Bütöv Azəbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, Avropada söhbət minlərlə insan həyatından gedir:

- Miqrantlar öz ölkələrində ölümdən canlarını qurtarmış insanlardır. Avropa ölkələri çox yaxşı bilir ki, heç kim öz isti yuvasından ora gəlməz. Son bir ildə 4 mindən artıq insan Avropaya keçərkən dənizdə boğulub. Və boğulanların da böyük əksəriyyəti körpələrdir. Niyə bu insanlara rəhm etmirlər?

Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət pariyalarının bəzi üzvləri qəsdən, yaxşı yaşamaq eşqi ilə Avropada “siyasi mühacirlik” edirlər. Avropanın rəsmi qurumları bunların çoxunu araşdırır və əksəriyyətinin saxta yolla Avropada yaşamaq fikrini görürlər. Radikal müxalifətin bu sahədə geniş biznes qurması Avropada yaşayan müsavatçı, jurnalist Elbəyi Həsənlinin “Yeni Müsavat” qəzetindəki yazılarından da görünür. Bu sahədən yaxşı pul qazanalar da az deyil. Proses saxta partiya vəsiqəsi satışına qədər gedib çıxır. Baxırsan ki, bütün ilboyu media orqanında çalışıb imtiyaz və status qazanmaq üçün ağlına və ağzına gələni danışır. Başdan-başa yalan məlumat verməklə məşğul olur. Bu adamlar indi özlərini çox pis vəziyyətə salıblar. Belə adamların qaçqın kimi qalmaqlarına Avropa imkan verməyəcək.

- Məlumata görə, artıq bir çoxları Əli Kərimliyə və Müsavat rəhbərliyinə müraciət edərək, yeni sənədləşmə işlərində onlara köməklik göstərilməsini istəyib. Sizcə, bu Əli Kərimli üçün əlavə qazanc mənbəıyinə çevriləcəkmi?

- Əli Kərimli elə bir adamdır ki, şəxsi qazancı üçün istənilən addımı atmağa hazırdır. Əli Kərimli öz sədri Əbülfəz Elçibəyi və yaxın dostlarını, tələbə yoldaşlarını niyə satıb? Birmənalı şəkildə deyirəm ki, şəxsi maraqları naminə. Bu adam hər kəsi qurban verməyə hazırdır. Bu yaxınlarda Milli Məclisin komitə sədri Əli Hüseynli və YAP-ın səlahiyyətli şəxsi Siyavuş Novruzov da Əli Kərimlinin hakimiyyətə satılması və hansı işləri, tapşırıqları yerinə yetirməsi ilə bağlı cəmiyyətə kifayət qədər acıqlama verdilər. Niyə Əli Kərimli Əli Hüseynlinin və Siyavuş Novruzovun acıqlamasına cavab vermədi?! Cəsarəti var, çıxıb , bu adamlara cavab versin!

Araşdırma aparsanız, görərsiniz ki, Əli Kərimlinin Avropaya göndərdiyi şəxslərin əksəriyyəti ən yaxın qohum, əqrəbalarıdır. Əmioğanları, yerliləri, kəndçiləridir. Sizcə Natiq Ədilov Sabirabad rayonunda yaşamağa üstünlük verər, yoxsa, Paris şəhərində? Ona görə də bu adamlar yaxşı yaşamaq və daha çox qazanc əldə etmək üçün “mühacir” həyatı yaşayırlar. Həm də bu adamlara Fransa höküməti köməklik də göstərir.

Hazırda onların işi-gücü ancaq sosial şəbəkədə fəaliyyət göstərməkdir. Əli Kərimlinin statuslarını saxta profillərlə `like` etməklə məşğuldurlar. Hərəsi özünə 5-10 saxta profil düzəldib bu işlə məşğul olurlar. Guya bununla siyasətlə məşğul olduqlarını və hakimiyyətlə mübarizə apardıqlarını göstərirlər. Bu adamları sosial şəbəkənin “təlxəkləri” də adlandırmaq olar.



Teqlər:





Xəbər lenti