Ötən günə damğa vuran hadisələr...

Ötən günə damğa vuran hadisələr...
  18 Mart 2016    Oxunub:2676
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 17-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Birinci xanım ADA Universitetində - FOTOLAR

ADA Universitetində “Qlobal perspektivə dair məruzələr seriyası” çərçivəsində “İqlim dəyişmələri və qlobal istiləşmə” mövzusunda elmi mühazirə dinlənilib.

***

“ASAN xidmət”dən daha bir yenilik – Sənədlərin çatdırılması

“ASAN xidmət” vətəndaşlara şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının ünvanlara çatdırılma xidmətini təqdim edir.

***

Rauf Mirqədirov azadlığa buraxıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

***

Azərbaycan vətəndaşlığından imtina edən futbolçu döyüldü - VİDEO

Ötən ilin sonunda Azərbaycan vətəndaşlığından imtina edən millimizin sabiq futbolçusu Abdulla Abaçiyev Rusiya çempionatında oyun zamanı döyülüb.

***

Mirqədirov həbsinə görə xarici qüvvələri ittiham etdi

Məhkəmənin qərarı ilə azadlığa buraxılan jurnalist Rauf Mirqədirov həbsinə görə, xarici dövlətləri ittiham edib.



Dəvə niyə Bakıda doğub? - KARİKATURA

2 gündür ki, Bakıda doğan dəvə ölkənin xəbər gündəmindəki əsas mövzulardan biridir. Kirpi.info da gündəmdən kənarda qalmaq istəməyib və dəvənin niyə gəlib Bakıda doğmasının səbəbini araşdırıb.

***

Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” qanun layihəsi müzakirəyə çıxırılıb.

***

Azərbaycanda yay vaxtına keçid ləğv olundu

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarının ləğv edilməsi barədə” qərar imzalayıb.

***

Müxalifətin debat təklifi fiaskoya uğradı

“Müxalifətin antiböhran koalisiyasının debat təklifi gündəmdən çıxarılıb”. Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

***

Neftin qiymətinin geosiyasi dalğaları - İNFOQRAFİKA

Neftin qiymətinin enməsi və qalxması demək olar ki, həmişə geosiyasi proseslərin təsirilə baş verib. Bunu sübut etmək üçün AzVision.az neftin 1960-cı ildən bu yana olan qiymət dinamikası ilə dünyada baş verən vacib geosiyasi hadisələrin arasında paralellər aparıb.

***

DTX-nın “qaynar xətti” istifadəyə verildi

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni saytı yaradılıb.

***

54 mindən çox şəxs prezident təqaüdü alır

Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunan vətəndaşların sayı da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3005 nəfər və ya 5,8% artıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) nazirliyindən bildirilib.



Mehriban Əliyeva səfir xanımları ilə - FOTOLAR

Novruz bayramı ərəfəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

***

`İlham Əliyev ən çətin gündə yanımızda oldu` - Dəniz Baykal (EKSKLÜZİV)

“Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri nümunəvi addımdır”. Bunu AzVision.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Dəniz Baykal deyib.

***

İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

***

Prezidentin əfv etdiyi tanınmışlar - SİYAHI

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə bir sıra tanınmış şəxslər həbsdən azad edilib.

***

`Şəhidlərimizin intiqamı alınır` - Zakir Həsənov

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

***

Nazirlik təkzib etdi: 170 min rüşvət verən şəxs müəllim deyil

Təhsil Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov tərəfindən 170 min dollarının mənimsənildiyini iddia edən Eynur Kərimovun müəllim işləməsi ilə bağlı məlumata aydınlıq gətirib.

***

`Siz sübut etdiniz ki...` - Hüquq müdafiəçilərindən Prezidentə təşəkkür

Azərbaycan Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupu Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.

***

Müəllimlərin maaşı artırıldı - Sərəncam

Azərbaycan prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

***

İtaliyalı jurnalist Sarkisyan rejimini ifşa etdi - FOTO

İtaliyanın “L’Opinione” qəzetinin saytında Ermənistandakı kriminal hərbi diktatura rejiminin ifşa olunduğu məqalə yayılıb.

***

Qərbin qəriblərə qəribə `hörməti` - KARİKATURA

Bu günlərdə "Atletiko" - PSV matçını izləmək üçün Madridə gələn hollandiyalı fanatların Madrid küçələrində yardım istəyən miqrantları aşağılayan davranışları dünya gündəminə çevirilib.

***

`İlham Əliyev əfv sərəncamı ilə sübut etdi ki...` - Azay Quliyev

“Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı bir çox parametrlərinə görə yadda qalır. Əfv sərəncamının verilməsi böyük humanist bir addımdır”. Bu fikirləri AzVision.az-a Əfv Məsələləri Komissiyasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

***

Azərbaycanda böyük əməliyyat - Yarım ton heroin ələ keçirildi

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti