DTX-nın “qaynar xətti” istifadəyə verildi

DTX-nın “qaynar xətti” istifadəyə verildi
  17 Mart 2016    Oxunub:3607
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni saytı yaradılıb.
Qurumun yeni istifadəyə verilən saytında DTX-nın strukturu, fəaliyyəti, Xidmət haqqında ətraflı məlumatlar yerləşdirilməklə yanaşı, eyni zamanda, tarixi məlumatlar haqqında da geniş məlumat toplusu yer alıb.

Qeyd edək ki, saytda gənc nəsil üçün önəmli olacaq Azərbaycanın Xüsusi Xidmət Orqanlarının tarixi haqqındakı bölmədə geniş məlumat toplusu yerləşdirilib. Yüksək tərtibatla hazırlanmış DTX-nın yeni saytında mövcud qanunvercilik bazası ilə də bağlı geniş informasiya bloku var.

Bundan başqa, DTX-nın yeni saytında qaynar xətt də fəaliyyət göstərir - 192.
DTX-nın yeni saytında Xəbərlər bölümündə Azərbaycanın ictimai-syasi həyatındakı çox önəm daşıyan məlumatlara da yer verilib. Eyni zamanda, DTX-nın saytında quruma müraciət, vətəndaşlar üçün əlaqə koordinatları və Xidmətin ünvanı da göstərilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti