Deputatın 787 manat işıq pulu borcu var

Deputatın 787 manat işıq pulu borcu var
  15 Mart 2016    Oxunub:6685
Milli Məclisin bugünkü iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatı müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən deputat Yevda Abramov ötən ilin heç də asan olmadığını deyib.

Millət vəkili qeyd edib ki, ölkəmiz 2015-ci ildə müşahidə edilən iqtisadi çətinlikləri uğurla keçib: “Cənab prezidentin iradəsi, apardığı xarici və daxili siyasətin stabilliyi imkan verdi ki, daha böyük yüksəklikləri fəth edək. Biz dünya çapında 2015-ci ildə keçirilən Avropa Oyunları ilə tanındıq. Bunun böyük siyasi və mədəni əhəmiyyəti oldu. Hesabat və büdcə müzakirələri zamanı deputatlar onlara daxil olan şikayətləri, problemləri qeyd edirlər. Bizim rayonda qaz problemi həll edilib, elektrik problemi yoxdur. Bir sıra infrasturuktur layihələrimiz davam edir. Neftin qiymətinin düşməsi bu layihələrin qarşısını ala bilməz”,-deyə deputat vurğulayıb.

Y.Abramov daha sonra “Azərişıq”ın fəaliyyətindən narazılıq edib: “Mənim özümə 787 manat borc yazılıb. “Azərişıq” 20 il əvvəl ölmüş şəxsə 920 manat borc yazıb. Xalq belə şeylərdən narazılıq edir. Hökumət üzvləri televiziyaya çıxıb vəziyyəti izah etmirlər. Onların əvəzinə efirlərdə müğənnilər didişir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti