30-a yaxın odlu silah ələ keçirilib

30-a yaxın odlu silah ələ keçirilib
  08 Mart 2016    Oxunub:1612
2015-ci ildə Dövlət Sərhəd Xidməti (DSX) odlu silah və döyüş sursatlarının, partlayıcı maddələrin istehlakı, saxlanılması, oğurlanması və satılmasına qarşı mübarizə tədbirlərini gücləndirib.
AzVision.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bildirilib ki, keçirilən tədbirlər nəticəsində ötən il 9 tüfəng, 3 tapança, 9 pnevmatik tapança, 1 pnevmatik avtomat, 3 travmatik tapança, 6 elektrokeyləşdirici, 3 əl qumbarası, 2 tank əleyhinə mina, 1 gecəgörmə cihazı, 645 müxtəlif ölçülü patron, 84,5 kiloqram barıt, 1 kiloqram 36 qram kalium-permanqanat, 14 radiostansiya, 63 hərbi geyim əşyası aşkar edilərək götürülüb.

Bununla yanaşı, sərhədçilər Azərbaycana qarşı aparılan ideoloji pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində respublikamıza göndərilmiş 9030 müxtəlif növ zərərli təbliğat-təşviqat vasitələri və 48 DVD diski aşkarlayıblar.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti