Kərimlinin `qoz müharibəsi`nə səbəb nədir?

Kərimlinin `qoz müharibəsi`nə səbəb nədir?
  03 Mart 2016    Oxunub:13656
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramuntun Bakıya səfəri çərçivəsində beynəlxalq qurumları az qala monopoliyasına alan AXCP sədri Əli Kərimli ilə görüşməməsi sonuncunun qəzəbinə səbəb olub. Belə ki, Aqramuntun bu addımı Ə.Kərimli tərəfindən özünün “dəftərdən silinməsi” kimi dəyərlənidirilib. Bu barədə AzVision.az-a Əli Kərimlinin yaxın çevrəsinə daxil olan mənbədən məlumat daxil olub.

Mənbəmiz bildirir ki, hazırda Ə.Kərimli təşviş içərisindədir: “O, belə düşünür ki, “fəaliyyətinə” yetərincə qiymət verilmir. Bu səbəbdən, beynəlxalq qurumların gözünə girmək üçün hərəkətə keçib. Özünün “facebook” səhifəsində iqtidara qarşı başlatdığı yeni kampaniya da bu “siyasətin” tərkib hissəsidir”.

Bununla yanaşı, mənbə qeyd edib ki, AŞPA sədrinin həbsdə olan “REAL”Hərəkatının sədri İlqar Məmmədovla görüşməsi Ə.Kərimlini hiddətə gətirib və hərəkata qarşı hücuma keçib. REAL-ın icraçı katibi Natiq Cəfərlinin yazdığı statusla Əli Kərimlinin səhvini çıxarması ikincinin əlinə göydəndüşmə fürsət verib. Belə ki, dərhal Kərimlinin əlaltıları REAL-ı “vurmağa” başlayıblar. İş o yerə çatıb ki, AXCP-nin sədr müavini Nurəddin Məmmədli ilə N.Cəfərlini “məlum dairələrə işləməkdə” ittiham edib.



Tərəflər arasında qarşıdurma o həddə çatıb ki, məsələyə Əli Kərimlinin müavinləri, “facebook”dakı saxta dəstəkçiləri, hətta şəxsi mühafizəçisi Bəhruz Həsənli də qarşıb. N.Cəfərli isə AXCP-ni hamını öz arşını ilə ölçməkdə suçlayıb.



Xatırladaq ki, AŞPA prezidenti Pedro Aqramunt Bakı səfəri çərçivəsində ölkə rəhbərliyi ilə yanaşı, vətəndaş cəmiyyətivə KİV-in təmsilçilərilə də görüşlər keçirib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti