DİN əməliyyat keçirdi

DİN əməliyyat keçirdi
  03 Mart 2016    Oxunub:1699
Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbirləri həyata keçirib.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Qaradağ rayon sakini Valeh Ağamuradov Lökbatan qəsəbəsi ərazisində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd Macarıstan istehsalı olan P.37 modelli tapança və 6 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

BMCMİ əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri də uğurla nəticələnib. Baş İdarəyə Hacıqabul şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Abbasovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində M. Abbasov Qaradağ rayonu ərazisində saxlanılıb və onun əlindəki sellofan torbada sandıqçasında 12 ədəd patron olan “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

Mübariz Abbasov ifadəsində bildirib ki, avtomatı 1997-ci ildə zibillikdən tapıb. 19 il sonra isə o, silahı satmaq qərarına gəlib. Lakin polis əməkdaşları onu “Kalaşnikov” avtomatı ilə birlikdə saxlayıblar.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti