Nizami Qocayevə yeni vəzifə verildi

Nizami Qocayevə yeni vəzifə verildi
  02 Mart 2016    Oxunub:14918
İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən Nizami Qocayev Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə icra idarəsinin rəisi təyin edilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə anadan olub. Nizami Qocayev vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilmişdi. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olunub.

Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Qocayevin son iş yeri isə İsmayıllı rayon polis şöbəsinin rəisi olub. Polis-polkovnikidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti