Ötən gün nələr baş verdi? - Xronika

Ötən gün nələr baş verdi? - Xronika
  01 Mart 2016    Oxunub:2348
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Fevralın 29-da nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Tehran-Bakı münasibətlərində yeni mərhələ

“İranla Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olması prioritet məsələdir”. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

***

İlham Əliyev nazirlərin iclasında - FOTOLAR

Fevralın 29-da Bakıda, “Four Seasons” otelində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

***

`Qadınlar mənə lağ edirdilər` - Çingiz Ukraynanı ağlatdı

Ukraynanın “1+1” telekanalında “Qolos kraini” (“Səs Ukrayna”) vokal şousunun 6-cı mövsümü başlayıb. Şounun ilk efir günü azərbaycanlı müğənni Çingiz Mustafayev səhnəyə çıxaraq, “Bamboleo” mahnısını ifa edib.

***

Bakıda xanım sürücü polisi xəstəxanalıq edib - VİDEO

DYP Bakıda yol polisi inspektoru ilə qadın sürücü arasında baş verən insidentə aydınlıq gətirib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlamasında bildirib ki, 99 YP 497 avtomobili ilə Xətai rayonu ərazisində xidmət aparan yol polisləri xidmət zamanı 99 FH 475 dövlət nömrə nişanlı avtomobilin qabaq sağ qanadının əzilməsi faktını aşkarlayıb və avtomobilə saxla əmri veriblər.

***

`Oscar` alan Di Kaprio: `Qəbul etmirəm... ` - (VİDEO)

“Sağ qalmış” filmində oynadığı rola görə ən yaşı kişi ifaçısı nominasiyasında “Oscar” mükafatı alan Hollivud ulduzu Leonardo Di Kaprio mükafatla bağlı təəssüratlarını bölüşüb.



`Oskar` mərasimindən ən yaxşı FOTOLAR

Los-Ancelesdə 88-ci dəfə `Oskar` mükafatının təqdimat mərasimi keçirilib. AzVision.az mərasimdən ən yaxşı fotoları təqdim edir.

***

`Əli və Nino`nun rejissoru da `Oskar` aldı

“Əli və Nino” filminin rejissoru Asif Kapadianın 2015-ci ildə çəkdiyi ekran əsəri - “Emi” (“Amy”) “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “Oskar” mükafatı alıb.

***

`Lavrovun poçtunu oğurlamaq istəyirəm`- CİA-nın sabiq rəhbəri

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Maykl Hayden Rusiyanın xarici işlər naziri Sergey Lavrovun elektron poçt adresinin şifrəsini ələ keçirmək istədiyini bildirib.

***

Mogerinidən Qarabağ mesajı: `Artıq vaxt çatıb`

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvo dözülməzdir”. Bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın “Mediamax” agentliyinə müsahibəsində bildirib.

***

Ermənilər Qarabağ xalçaları satır

Moskvada Qarabağ xalçaları satılır. Rusiya paytaxtında Dağlıq Qarabağda istehsal olunan məhsulların satıldığı pavilyon-mağaza işə başlayıb. Məlumata görə, mağaza dünyanın 50 ən böyük sərgi mərkəzlərindən biri sayılan Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin Ermənistan pavilyonunda açılıb.

***

Prezident Şevçoviçlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçi qəbul edib.

***

I siniflərə qəbul vaxtı açıqlandı - Valideynlərin nəzərinə

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu bu il də elektron sistem vasitəsi həyata keçiriləcək.

***

`Emin Ağalarovu görmək istəyirəm` - 15 yaşlı `çempion`

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Qolos. Deti” (“Uşaq səsi”) şousuna qatılan 15 yaşlı azərbaycanlı Azər Nəsibovun çıxışı tamaşaçıları heyran qoyub. Azər Nəsibov AzVision.az-a müsahibəsində yarışdakı uğurlu ifasından və gələcək planlarından söz açıb.



Üç dəfə `Oskar` alan `Keçi` - DOSYE (VİDEO)

Ötən gün Amerika Kino Akademiyası tərəfindən 88-ci “Oskar” mükafatlandırma mərasimi keçirilib. Los-Ancelesin “Dolbi” teatrında keçirilən mərasim maraqlı məqamlarla yadda qalıb. Diqqət çəkən məqamlardan biri kinooperator Emmanuel Lubezkidir. Lubezki bu il üçüncü dəfə ardıcıl `İlin ən yaxşı operatoru` nominasiyasının qalibi olub.

***

Mikayıl Cabbarov və Şahin Mustafayev də `NAZ` alır

“Azərenerji” ASC, İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi “NAZ-Lifan” avtomobilləri almaq üçün sifariş verib. Bunu Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev deyib.

***

Metroda qorxulu anlar - Dayə uşağın başını kəsdi (VİDEO)

Moskva metrosunda dəhşət dolu anlar yaşanıb. Qara geyimli qadın əlində uşaq başı tutaraq “Allahu Əkbər” deyə qışqırıb. Həmçinin polisləri özünü partladacağı ilə hədələdiyib.

***

FHN-dən əhaliyə Novruz xəbərdarlığı

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

***

`Bakıya məruzəçi kimi gəlməmişəm` - Aqramunt

“Azərbaycana səfər etməkdə məqsədim AŞ PA, həmçinin Assambleyanın bütün qurumları, o cümlədən Baş Katiblik, Venesiya Komissiyası arasında əlaqələrin inkişaf etdirilməsidir”. Bunu jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt deyib.

***

Sürücülərin diqqətinə - Qaydalar dəyişir

Yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minir. AzVision.az sürücülərin nəzərə almalı olduğu əsas yenilikləri təqdim edir.

***

Ünvanlı sosial yardım qoyunla verilsin - Deputatdan təklif

Azərbaycanda ünvanlı dövlət sosial yardımının verilməsində yeni yanaşma tətbiq oluna bilər. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edib.

***

Novruzda böyük əfv gözlənilir

“Prezident yanında Əfv Məsələləri Komissiyası fasiləsiz olaraq fəaliyyət göstərir”. Komissyanın yeni seçilmiş üzvü , hüquqşünas Əliməmməd Nuriyev bildirib.



ASAN-dan `Formula - 1`ə dəstək - FOTOLAR

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.

***

Putin Kadırovu yola salır? - Kremldən açıqlama

Kreml Çeçenistan prezidenti Ramzan Kadırovun hakimiyyətdən getmək istəyi ilə bağlı fikrinə münasibət bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kadırovun postuna kiminsə təyin olunması hələlik müzakirə olunmur.

***

Həcc ziyarətində basabas olmayacaq

Səudiyyə Ərəbistanının mütəxəssisləri Məkkədə Həcc ziyarəti zamanı zəvvarların hərəkətinə nəzarət etmək və bununla da mümkün basırığın qarşısını almaq məqsədi ilə intellektual sistem hazırlayıblar.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti