Astaradan gəlib, Bakıda limon oğurladı

Astaradan gəlib, Bakıda limon oğurladı
  27 Fevral 2016    Oxunub:1536
14 qutu limonu oğurlamağa cəhd göstərmiş Astara rayon sakini Rəsul Qafarlı saxlanılıb.
AzVision.az DİN-nin saytına istinadən xəbər verir ki, fevralın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Məzahir Kərimova məxsus 14 qutu limonu oğurlamağa cəhd göstərmiş Astara rayon sakini Rəsul Qafarlı Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs 10-cu PB-yə təhvil verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti