Milli Məclisdən Quantanamoya qədər...

Milli Məclisdən Quantanamoya qədər...
  24 Fevral 2016    Oxunub:2389
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Fevralın 23-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Baş nazirlər gey-paradda iştirak edəcək

Kanadanın baş naziri Castin Tryudo Torontoda gey-paradda iştirak edəcək. Bu barədə CBC telekanalı tədbirin təşkilatçılarına istinadən məlumat yayıb.

***

ABŞ Merkel və Netanyahunu gizli dinləyib - WikiLeaks

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi gizli şəkildə dünya liderlərinin telefon danışıqlarını dinləyib. Bu barədə məşhur WikiLeaks saytı məlumat yayıb.

***

Aqramunt Qarabağa görə Ermənistanı sərt tənqid etdi

Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin iclasında AŞ Parlament Assambleyasının yeni seçilmiş prezidenti Pedro Aqramunt Dağlıq Qarabağ problemi ilə bağlı müzakirə zamanı Ermənistan nümayəndə heyətini sərt tənqid edib.

***

Ermənistan Azərbaycana 828 milyard ziyan vurub

Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan ildən-ilə artır. Bunu dəymiş zərərin hesablanması üzrə işçi qrupunun üzvü, NBA Consalting şirkətinin rəhbəri Nüsrət İbrahimov deyib.

***

Erməni deputatlar bir-birlərini söydülər

Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Türkiyə nümayəndə heyətinin üzvü Markar Esayan AŞPA bürosuna şıkayət ərizəsi ilə müraciət edib. Markar Esayanın ərizəsində bildirilib ki, Ermənistan AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan ona qarşı kobud hərəkətlərə yol verərək, qadına yaraşmayan küçə söyüşləri ilə təhqir edib.



İlham Əliyev Ruhani ilə görüşdü - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Tehranda rəsmi səfərdədir. Məlumata görə, Azərbaycan Prezidenti və onu müşayiət edən nümayəndə heyətini Tehranın Mehrabad beynəlxalq hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi qarşılayıb.

***

Milli Məclisdə büdcə müzakirəsi

Milli Məclisin növbəti plenar iclasında dövlət büdcəsi müzakirə olunub.

***

Şəkidə film kimi olay: xəyanətkar arvadından belə qisas aldı

Şəki polisi maraqlı quldurluq faktının üstünü açıb. Bildirilir ki, 18 fevral 2016-cı il tarixində Şəki rayon sakini Əsgərov Seymir Samir oğlu Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Şəkinin Qarabulaq kəndi ərazisindəki yarımtikilidə 2 nəfər naməlum şəxs tərəfindən qol və ayaqlarının bağlandığını bildirib.

***

`Büdcə xərclərinə qənaət edilir` - Samir Şərifov

“Dövlət büdcəsinə edilən dəyişiklik xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirinin minimuma endirilməsinə, yeni iqtisadi çağırışlarla bağlı yeni maliyyə təminatının yaradılması və çətinliklərin həllinə xidmət edəcək”. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Plenar iclasında büdcəyə dəyişikliklərin müzakirəsi zamanı deyib.

***

Qəbul imtahanlarının vaxtı açıqlandı - Siyahı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı ildə keçiriləcək imtahan və tədbirlərin tarixini açıqlayıb.

***

Siyavuş Novruzov nazirləri tənqid etdi: `Haradadır onlar?`

Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi nazirləri kəskin tənqid edib. Deputat nazirlərin Milli Məclisdə keçirilən büdcə müzakirələrinə qatılamamasına etirazını bildirib.

***

Prezidentlərin təkbətək görüşü - 11 sənəd imzalandı (Fotolar)

Fevralın 23-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü keçirilib.

***

Ziyafət Əsgərova yeni vəzifə verildi

Milli Məclisin bugünkü iclasında vitse-spiker Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasına (MHŞ) üzv təyin edilməsi məsələsi müzakirə olunub. "Məhkəmə-Hüquq Şurası haqqında" qanunun 6.2.4-cü maddəsinə dəyişiklik edilib.

***

`Çoxları deyir ki, onlar demoqoqdur` - Siyavuş Novruzov

“Burada bəzi millət vəkili Azərbaycanda iqtisadi böhranın olduğuna dair fikirlər səsləndirdilər. Bunlar tamamilə yanlışdır”. Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

***

Prezidentin təklifi qəbul edildi

"Valyuta tənzimi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Qanununa Azərbaycan Prezidentinin etirazı parlamentin Plenar iclasında müzakirə olunub. Prezindetin etirazının əsaslı olduğu və dəyişikliklərin məqsədəuyğun olmaması barədə qərar qəbul edilib.

***

Əsəd silahı yerə qoydu

Suriya ABŞ və Rusiya arasında hazırlanan atəşkəs rejimi planının şərtlərinə riayət etməyə razılıq verib. Bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

***



Yaralı ananın övlad fəryadı - Ötən gün FOTOLARDA

AzVision.az dünyanın aparıcı xəbər agentliklərinin ötən gün ərzində planetin müxtəlif yerlərindən çəkdikləri maraqlı fotoları təqdim edir:

***

`Azərbaycan saytlarında boşluqlar var` – Türkiyəli haker

Türkiyənin tanınmış “etik hakeri” Tamer Şahinin AzVision.az üçün müsahibəsini təqdim edirik.

***

Erməni deputatları utandıracaq sözlər: `Ayıbdır, öpüşməyin...`

`Erməni deputatların hər gün parlamentdə görüş zamanı öpüşmələri kənardan olduqca pis görünür`. Bunu Ermənistan Milli Konqresinin parlament fraksiyasının sədri Aram Manukyan bildirib.

***

Gürcüstan prezidenti Azərbaycana gəlir

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bu ilin 10-11 mart tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakı şəhərində keçirəcəyi IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

***



Mehriban Əliyeva Vatikanda - FOTOLAR

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində fevralın 23-də Pio-Klementino muzeyində olub. Burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən abidələrə və incəsənət nümunələrinə baxış olub.

***

`Azərbaycan və İran sabitlik nümunəsidir`

Fevralın 23-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü keçirilib.

***

Azərbaycanlı milyarder Krımda torpaq aldı

“Lukoil” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərov Krımda 36 hektardan çox torpaq sahəsi alıb. Vahid Ələkbərov 36.4 hektar torpaq üçün cəmi 163 milyon rubl (təxminən 2.2 milyon dollar) ödəyib.

***

Sabiq prezidentlər Bakıya gəlir

8-9 mart tarixində Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qarşılıqlı Fəaliyyət Şurasının (İnterAction Council) İllik Plenar İclası keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 30-dan artıq sabiq dövlət və hökumət başçılarını bir araya gətirən Şuranın iclasında İclasda Kanadanın sabiq Baş naziri Jan Çretyen, Avstriyanın sabiq Kansleri Frank Vranitzki, Latviyanın sabiq Prezidenti Vaira Viki-Frayberqa, İsgəndəriyyə Kitabxanasının Direktoru İsmayıl Səragəldin məruzə ilə çıxış edəcək.

***

Azərbaycan prezidenti Xamenei ilə görüşüb

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.

***

Xocalı soyqırımının şahidi Bakıya gəlir – VİDEO

Fevralın 24-də Xocalıda azərbaycanlıların soyqırımının şahidi, sabiq ukraynalı pilot Lepnid Markoviç Kravets Bakıya gəlir.

***

Sığortasız maşınlar radara düşəcək - Video

Sürücülərin mülki məsuliyyətinin icbari sığortasına nəzarət gücləndirilir. Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə əsasən, radarlar icbari sığortası olmayan avtomobilləri qeydə alacaq.

***

Dünyanın ən qorxunc həbsxanası bağlanır

“Quantanamo həbsxananın saxlanması ABŞ-ın dəyərlərinə ziddir və bu onun dünyadakı imicinə ləkə gətirir”. Bunu ABŞ prezidenti Barak Obama deyib.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti