Ötən günün əsas xəbərləri nələr idi?

Ötən günün əsas xəbərləri nələr idi?
  23 Fevral 2016    Oxunub:8512
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Fevralın 22-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Rusiya yenə Türkiyəni ittiham etdi

"Suriya münaqişəsinin mümkün həlli yollarının qarşısı alan ən böyük faktor Rusiyadır". Bunu İtaliyanın "La Stampa" qəzetinə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

***

Ana oğlunu boğaraq öldürdü - Gəncədə dəhşətli qətl

Gəncədə dəhşətli qətl hadisəsi baş verib. Gəncə Şəhər Prokurorluğundan verilən xəbərə görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb. Şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova oğlu - 9 aylıq Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.

***

`Azərbaycan bizi soyuqdan qorudu` - Saakaşvilidən etiraf

“2005-ci ildə “Qazprom” boğazımızdan yapışanda Azərbaycan köməyimizə çatdı, bizi soyuqdan qorudu. Azərbaycan öz əhalisinin yarısını qazsız qoyub, bizi qızdırdı”. Bunu Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili "Rustavi 2" telekanalına müsahibəsində deyib.

***

`Azerspace-2` peyki gələn il kosmosa buraxılacaq

Azərbaycanın “Azerspace-2” ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanılıb. Bunu “Azərkosmos” ASC-nin peyk əməliyyatları üzrə qrupunun rəhbəri Dunay Bədirxanov deyib.

***

Xocalının anım günü bu yollar bağlanacaq - Siyahı

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar bəzi paytaxt yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilən məlumata görə, fevralın 26-da Xocalı prospektində yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həmin ərazidə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.



İlin ən təsirli FOTOLARI

Fotojurnalistlər arasında World Press Photo Contest 2016 müsabiqəsinə start verilib. AzVision.az müsabiqəyə göndərilən ən təsirli fotoları oxuculara təqdim edir:

***

İran Rusiya ilə birləşir - 3 ölkədə müharibə gözlənilir

“İran Rusiyanın dəstəyi ilə Yəmənə müdaxilə edəcək”. Bunu İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

***

Putinin Ruhaniyə göndərdiyi gizli məktub

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Tehrana səfər zamanı İran lideri Həsən Ruhaniyə Rusiya rəhbərliyinin məktubunu təqdim edib.

***

`Bilik test imtahanı ilə ölçülə bilməz` - Mikayıl Cabbarov

“Hazırda test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik deyil”. Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

***

“Beynəlxalq Bank işi” - 6 iş adamı azadlığa çıxdı

Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılanlardan 6 nəfər barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Bu barədə qərar ötən il dekabrın 2-də qəbul edilsə də, məlumat indi açıqlanıb.

***

Nazirlik rəisi 6 min cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt"inə Binəqədi rayonu Mir Cəlal küçəsi 41 saylı binanın yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, şikayəti qurumun əməkdaşları yerində araşdırıb.



Gəncədə şokolad sərgisi - FOTOLAR

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Gəncədə məşhur “Nikolya Şokolad Muzeyi”nin eksponatlarından ibarət sərginin açılışı olub. Sərgidə ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı - şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiya və kompozisiyalar nümayiş etdirilir.

***

Azərbaycan çempionu borca görə öldürülüb - Təfərrüat

Kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovun ölümü ilə bağlı yeni məlumatlar üzə çıxıb. Mərhumun atası Elqədər Cəlilov oğlunun kriminal aləmlə əlaqəsinin olmadığını deyib.

***

Daha iki bank birləşir

`Atrabank` və `Qafqaz İnkişaf Bankı` birləşəcəklər. Bu barədə məlumatı `Atrabank`- ın mətbuat xidməti yayıb.

***

İŞİD uşaq terrorçuların sayını artırır

Ötən il İŞİD sıralarında ölən uşaqların sayı iki-üç dəfə artıb. Corciya Universitetinin araşdırma komandası 13 ay ərzində İŞİD tərəfindən yayımlanan təbliğat materiallarını izləyib. Qeyd edilən müddətdə 8-18 yaş arasında 89 oğlan uşağının fərqli məqsədlərlə öldürüldüyü bəlli olub.

***

Türkiyə Suriyada döyüşməkdən imtina etdi

Türkiyə Suriyada yerüstü əməliyyatlarda iştirak etmək barədə düşünmür. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

***

Davudoğludan Rusiya etirafı: `Çətinlik çəkirik...`

Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün keçirilən mətbuat konfransında ölkənin turizm sektorunun çətin günlər yaşadığını etiraf edib. Baş nazir Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi ilə əlaqədar turizm sektoruna hökumətin dəstək verəcəyini bəyan edib. Davudoğlu bu sahəyə 87 milyon dollar qrant ayrılacağına dair söz verib.

***

Qarğalar Bakıya hücum edir

Son vaxtlar Bakıda qarğaların çoxalması müşahidə olunur. Park və bağlarda addımbaşı rast gəlinən boz qarğalar canlılarla qidalandığından yırtıcı quşların paytaxtda çoxalması sakinləri narahat edir. AzVision.az problemlə bağlı araşdırma aparıb.



Səyyar ASAN Qubada xidmət göstərir - FOTOLAR

Səyyar “ASAN xidmət” Quba rayonunda fəaliyyətini davam etdirir. Səyyar “ASAN xidmət” Quba sakinlərinə mart ayının 8-dək xidmət göstərəcək.

***

`Azərbaycana yanaşmamızı dəyişmişik` – ABŞ səfiri

Birləşmiş Ştatlar həmişə Azərbaycanın davamlı sabitliyini və firavanlığını dəstəkləyib. Üstəlik amerikalılar Azərbaycanla davamlı və uzunmüddətli münasibətlər arzusundadırlar və həmişə azərbaycanlıların yanındadırlar. Bu sözləri Amerika səfiri Robert Sekuta bazar ertəsi səfirlik tərəfindən paylanılmış məktubda deyib.

***

Tiflis ruslarla razılaşmadı - Kaladze yenə Bakıya gəlir

Gürcüstanın energetika naziri Kaxa Kaladze fervarlın 29-da Azərbaycana səfər edəcək. Bu barədə Gürcü KİV-ləri məlumat yayıb.

***

1-ci sinifə şagird qəbulunda dəyişiklik

Bakıda 2016-2017-ci dərs ilindən I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarov “2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi barədə” əmr imzalayıb.

***

Dövlət idarəsində qadının film kimi cinayəti

Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə bıçaqla hücum edən qadın həbs olunub. Şəhər sakini 1978-ci il təvəllüdlü İbrahimli Gülşən Asif qızı üzərində gəzdirdiyi bıçaqla mərkəzin aparıcı mütəxəssisi Ülviyyə Cəfərovanın xidməti otağına daxil olaraq qapını içəridən bağlayıb və onu ölümlə hədələyərək ondan pul və üzərindəki qızılları tələb edib.

***

Azərbaycanlılar ən çox hansı xəstəlikdən ölür?

Azərbaycanda ən çox qan dövranı xəstəlikləri ölümə səbəb olur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə qeydə alınan 54,7 min ölüm halının 60 faizini qan dövranı xəstəliklərindən baş verib. Həzm sistemi xəstəlikləri 5, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri 4, tənəffüs orqanlarının xəstəlikləri isə 3 faiz ölümə səbəb olub.

***

Suriyada fevralın 27-dən savaş dayanır

Suriyada atəşkəs haqqında saziş fevralın 27-də qüvvəyə minəcək. Bu barədə Qətərin `Əl-Cəzirə` telekanalı məlumat verib.

***

YAP-çı deputat müxalifəti nəyə bənzətdi? - Müsahibə

`Azərbaycan müxalifəti xaricdən gələn tapşırıqları yerinə yetirməyə, bəzi Anti-Azərbaycan dairələrinin agenti rolunu oynamağa çalışır. Müxalifət ordusu olmayan məğlub generala bənzəyir`.

***

DYP bir ildə cərimələrdən 88,5 milyon manat yığıb

2015-ci ildə ölkənin avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi baş verib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu hadisələr nəticəsində 3159 nəfər zərər çəkib. 2014-cü ilə nisbətən hadisələrin sayı 15,7 faiz, zərərçəkənlərin sayı isə 16,9 faiz azalıb. Zərərçəkənlərin 2265 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 894 nəfəri isə həlak olub.



Qəbələnin qış mənzərəsi - FOTOSESSİYA

Ölkənin şimal-qərb bölgəsinə yağan qar Qəbələ rayonunun füsunkar gözəlliyinə əlavə rəng qatıb. Təbiət ağ örpəyə bürünüb. AzVision.az Qəbələdən maraqlı görüntüləri oxuculara təqdim edir:

***

Rusiya Ermənistandan Türkiyəni vura bilər

Rusiya Ermənistandakı “Erebuni” aviabazasında yerləşdirdiyi döyüş aviasiyasından Türkiyə ilə münaqişə olacağı təqdirdə istifadə edə bilər. Bu barədə “Military Informant” məlumat yayıb.

***

Alla Puqaçova Timoşenko ilə duet oxuyacaq

Alla Puqaçova ukraynalı siyasətçi, sabiq baş nazir Yuliya Timoşenko ilə duet mahı oxumaq istəyir. Bu barədə Alla Puqaçova İnstagram səhifəsində yazıb.

***

Putinlə Obama nədən danışdılar? - Kritik zəng

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Bunu Vladimir Putin “Rusiya 24” telekanalında çıxış edərkən bəyan edib.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti