Bakıda yol polisləri qan verdilər

Bakıda yol polisləri qan verdilər
  21 Fevral 2016    Oxunub:2905
Fevralın 20-də Azərbaycan Talassemiya Federasiyası, Qan Donorları Assosiasiyasının birgə təşkilatçılığı və Mərkəzi Qan Bankının dəstəyi ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində növbəti könüllü qanvermə aksiyası keçirilib.
Talassemiya Federasiyasından AzVision.az-a verilən məlumata görə, tədbirdə idarənin onlarla əməkdaşı qana ehtiyacı olan xəstələr üçün könüllü olaraq qan verib.

Talassemiya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qan köçürmə prossesi mühüm rol oynayır. Talassimiyalı xəstələri qanla təmin etmək üçün respublikada mütəmadi olaraq qanvermə aksiyaları keçirilir.

Qeyd edək ki, həkim nəzarətindən keçirilən donorların çəkisi 50 kq-dan az olmamalı, yaş həddi 18-60 arası fiziki sağlam şəxslər qan verə bilər. Bu gün keçirilən aksiya çərçivəsində də donorlar əvvəlcə həkim nəzarətindən keçirilib, daha sonra isə qan verib. Aksiyada iştirak edənlər bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə iştirak etməyə səslədilər.

Aksiyanın paytaxtın digər polis idarə və bölmələrində də davam etdirilməsi nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti