Nigar Köçərli Rüstəm Usubovla görüşüb

Nigar Köçərli Rüstəm Usubovla görüşüb
  19 Fevral 2016    Oxunub:3231
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb.
AzVision.az-ın məlumatına görə, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. N. Köçərli qeyd edib ki, Rüstəm Usubov onu baş prokuror Zakir Qaralovun tapşırığı ilə qəbul edib və şikayətini dinləyib: “Rüstəm Usubov Nəsimi Rayon Polis İdarəsində baş verən hadisə, istintaq işinin bağlanması ilə bağlı şikayətimi diqqətlə və təfərrüatı ilə, eləcə də xüsusi hörmətlə, səbrlə dinlədi. Bu münasibətə görə ona minnətdaram”.

R. Usubov onun şikayətini baş prokurora çatdıracağını deyib.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında “Əli və Nino”nun ofisindən 13 min manat pul oğurlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti