Ötən günün ən səs-küylü xəbərləri

Ötən günün ən səs-küylü xəbərləri
  19 Fevral 2016    Oxunub:5260
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Fevralın 18-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Ankarada terror törədən şəxsin kimliyi açıqlandı - FOTO

Ankarada dəhşətli terror aktını törətmiş şəxsin kimliyi açıqlanıb. Partlayıcı vasitələrlə dolu avtomobilin sükanı arxasında PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı dəstələri — YPG-nin üzvü, Suriya vətəndaşı Salih Necar olub.

***

Gömrükdə tutuquşu əməliyyatı

Fevralın 17-də bəzi kütləvi informasiya vasitələri rusiyalı həmkarlarına istinadən Azərbaycan ərazisindən Rusiyaya 380 ədəd tutuquşu keçirilməsi və quşların Rusiya gömrük xidmətinin “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində aşkar olunması barədə həqiqətə uyğun olmayan məlumat yayıb. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

***

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini “Xocalını Anma Günü” günü olaraq yad etməyə çağırıb. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda bildirilir.

***

Putin Medvedyevi Ermənistana göndərir

Rusiyanın baş naziri Dmitri Medvedyev mart-aprel aylarında Ermənistana səfər edəcək. Bunu Ermənistanın beynəlxalq iqtisadi inteqrasiya və islahatlar nazirinin müavini Suren Karayan bildirib.



Azərbaycanda Sarkisyana multfilm çəkildi – VİDEO

Azərbaycanda kirpi.info saytının təşəbbüsü ilə unikal bir layihə reallaşdırılıb. “Hye Reality” adlanacaq layihə animasiya serialı kimi nəzərdə tutulub. Layihədə Ermənistan hakimiyətinin yalanları multfilm dililə ifşa olunacaq. Məqsəd Ermənistan cəmiyyətinin əsl reallığını satira ilə göstərməkdir.

***

Səyyar `ASAN Xidmət` Xırdalanda - FOTOLAR

Səyyar `ASAN Xidmət `Xırdalan şəhərində Abşeron sakinlərinə xidmət göstərir. Xidmət Abşeron rayonunun Xırdalan şəhərində mart ayının 15-dək fəaliyyət göstərəcək.

***

Polis maşınını çəkiclə əzən şəxs narkoman çıxdı - Video

Ötən gün Bakıda yol polisinin avtomobilini çəkiclə əzən şəxs barəsində cinayət işi başlanıb. Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.

***

Ərdoğan terrorla müharibənin anonsunu verdi

Millətimizin birliyi və bərabərliyinə qarşı yönəlmiş bu terror aktları bizi bu qüvvələrlə mübarizədə yalnız birləşdirir. Bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Ankarada baş verən terror aktı ilə bağlı çıxışında deyib.

***

Obama 80 ildə ilk dəfə Kubaya gedir

ABŞ prezidenti Barak Obama mart ayında Kubaya səfər etməyi planlaşdırır. Ötən ilin dekabrında Barak Obama Kubaya səfər etməyə hazır olduğunu bəyan etmişdi. Bununla belə ABŞ prezidenti səfər üçün şərt qoyub: “Mənə sıravi vətəndaşlarla, istədiyim şəxslərlə ünsiyyətdə olmaq imkanı yaradılsa, Kubaya səfər etməyə hazıram”.

***

`Susmağa üstünlük verirlər...` - PA rəsmisi

Miqrasiya ilə bağlı proseslər bu gün beynəlxalq aləmin əsas problemi hesab edilir`. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.

***

`Azərbaycanla birgə hərəkət edəcəyik` – Çavuşoğlu

“Terrorun hər formasına qarşı həmişəkindən daha çox birgə mübarizə aparmalıyıq”. Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovala görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

***

İlham Əliyevdən Türkiyəyə dəstək: `Hər zaman yanınızdayıq`

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

***

Bakıda 2 məktəbli uşaq oğurlanıb? - Valideynləri danışdı

Bakıda 11 yaşlı Şamil Babayev və 10 yaşlı İsmayıl Safiyev itkin düşüb. Məktəblilər ötən gün dərsdən çıxdıqdan sonra evə qayıtmayıblar. Azyaşlıların itkin düşməsi ilə bağlı ailələri tərəfindən polisə müraciət edilib.

***

Diqqət: bazarda təhlükəli yağlar satılır

Azərbaycanda satışda mənbəyi məlum olmayan yağ məhsulları var. Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

***

Rusiya rəsmisi Azərbaycanı ittiham etdi

Rusiya Veterinar və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxodnadzor”) Azərbaycanı Türkiyə mallarını Rusiyaya buraxmaqda ittiham edib. Xidmətin rəhbəri Sergey Dankvert Azərbaycanın qısa müddətdə Rusiyaya tomat ixracını kəskin artırması faktının şübhəli olduğunu bildirib.

***

Tramp namizədlər arasında liderdir

“Ipsos” kompaniyasının keçirdiyi sosioloji sorğuya əsasən, ABŞ prezidenti postu uğrunda mübarizədə Respublika Partiyasından olan namizəd Milyarder Donald Tramp öz rəqiblərini inamla qabaqlamaqda davam edir.

***



Maşınların `Çin səddi`... – Ötən gün FOTOLARDA

***

`Eurovision`da yenilik – Qaydalar tamamilə dəyişdi

`Eurovision` musiqi yarışmasının təşkilatçıları səsvermə qaydalarını kəskin şəkildə dəyişib. Bu son 40 ildə qeydə alınan ən ciddi dəyişikliklərdir.

***

5 ölkənin səfiri XİN-ə çağırıldı - Ankara terroru

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Britaniya, Fransa, Rusiya və Çinin Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

***

`Demək, məsləhət belə olub` - Sabiq nazir (ÖZƏL)

Ötən gün Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev Ali Məclisin sədri Vasif Talıbovun sərəncamı ilə tutduğu vəzifədən azad edilib. İşdən çıxarılan sabiq nazir AzVision.az-a özəl açıqlamasında bundan sonra fəaliyyətini təhsil sahəsində davam etdirəcəyini bildirib.

***

İndoneziya parlamentinin rəsmiləri `ASAN xidmət`də - Fotolar

İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədr müavini cənab Fəhri Hamzahın rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

***

Bakıda itkin düşən məktəblilər tapıldı - FOTO

Bakıda ötən gündən yoxa çıxan iki məktəbli tapılıb. Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

***

Rusiya Minsk qrupunun dəyişdirilməsini istəmir

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun mövcud formatının dəyişdirilməsi barədə qərar formatın iştirakçılarının özləri tərəfindən qəbul edilməlidir. Bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfrnasında bildirib.



Ordumuzun döyüş hazırlığı - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrində uğurla başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarının bütün şəxsi heyətini əhatə edib.

***

Xərçəngdən qorunmaq üçün idman edin

Finlandiya alimləri xərçəng xəstəliklərinin profilaktikasında idmanla məşğul olmağın əhəmiyyətini vurğulayırlar. “Yaxşı qulluq” adlı təlimat toplusunun son variantında bildirilir ki, fiziki fəallıq xərçəngin qarşısını almağa, habelə xəstəliyin müalicəsindən sonra orqanizmin sürətlə bərpa olunmasına kömək edir.

***

`Guya mənim milyonlarım batıb` - Tağı Əhmədov danışdı

Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov bağlanan bankalarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbərlərə reaksiya verib. Tağı Əhmədov AzVision.az-a açıqlamasında haqqında yayılan xəbərlərin yalan olduğunu bildirib.

***

Piyada keçidləri ilə bağlı yeni tələblər

Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2015-ci il 29 dekabr tarixli 88-VQD nömrəli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

***

Azərbaycandan Rusiyanın ittihamına cavab

2016-cı ilin yanvar ayında Azərbaycandan Rusiyaya pomidor ixracı keçən ilin yanvar ayına nisbətən 4,7 dəfə artaraq 2,6 min ton olub. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.

***

Yeni cərimə: 2500 manata qədər

Auditdən yayınanlar cərimə ödəyəcəklər. Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində (İXM) məcburi audit yoxlamasından keçməyənlərə cərimələr nəzərdə tutulub.

***

Putin silah almaq üçün Sarkisyana 200 milyon verdi

Rəsmi Moskva və İrəvan Ermənistana 200 milyon dollar kredit ayrılmasına dair saziş imzalayıblar. Bu barədə məlumat Rusiyanın rəsmi hüquq informasiya portalında yerləşdirilib. Məlumata görə, kredit ilk ödəniş 2018-ci ilin əvvəlinə qədər ödənilməklə 10 il müddətinə verilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti