Bahar martın 20-si saat 08:30-da gələcək

Bahar martın 20-si saat 08:30-da gələcək
  15 Fevral 2016    Oxunub:1770
Baharın Azərbaycana gəlişinin vaxtı məlum olub.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə təxminən saat 08.30 radələrində baş verəcək. Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Belə ki, həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq:

`Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir`.

Direktor müavini əlavə edib ki, martın 15-i Azərbaycanda axır çərşənbə, fevralın 23-ü isə ilk çərşənbədir.

AzVision.az



Teqlər:  





Xəbər lenti