Ötən günün ən səs-küylü hadisələri...

Ötən günün ən səs-küylü hadisələri...
  11 Fevral 2016    Oxunub:3345
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələrlə yadda qaldı. Hansı xəbərlər geniş müzakirələrə səbəb oldu? Fevralın 10-da nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Rusiya Azərbaycana qaz sata bilər

Hazırda Rusiya qazının Azərbaycana tədarükünün başlanılması imkanları müzakirə edilir. Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya pravda” nəşrinə müsahibəsində bildirib.

***

`Qarabağda müharibə başlaya bilər` - ABŞ kəşfiyyatı

“Azərbaycan Qarabağdan imtina etməyəcək”. ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepperin Konqresə hesabatında Dağlıq Qarabağ münaqişəsi barədə yazı yer alıb.

***

Diqqət: Bakıda fırıldaqçılar peyda olub

Bakıda bir qrup sığorta fırıldaqçısı özünü sığorta agenti kimi təqdim edərək, sürücülərə ya SMS göndərir, ya da birbaşa zəng edərək icbari sığortalarının etibarsız olduğunu deyirlər. Buna inanan sürücüyə isə əlavə pul müqabilində sığortanı bərpa etməyi təklif edirlər.

***

ABŞ-ın MDB-də demokratiya planı - 953 milyon ayrılacaq

ABŞ MDB-də demokratiyanın inkişafına 953 milyon dollar pul xərcləyəcək. Yeni büdcə layihəsinə əsasən 2017-ci ildə Dövlət Departamentinə Rusiya ilə qonşu ölkələrdə korrupsiya ilə mübarizə və demokratik cəmiyyətlərin dəstəklənməsi ilə bağlı proqramların iclasına 953 milyon dollar ayrılacaq.

***

`Ölkəyə 20 milyard sərmayə qoyulub`

“Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bunun da yarısı xarici sərmayədir”. Bu barədə “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” V vergi forumunda vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

***

`Azərbaycana dəstəyi davam etdirəcəyik` - Dünya Bankı

“Dünyada çətin iqtisadi şəraitə baxmayaraq, ötən ilin birinci yarısında Azərbaycan ciddi iqtisadi artıma nail olub”. Bu barədə Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumunda Dünya Bankının Azərbaycan üzrə ölkə təmsilçisi Larisa Leşçenko deyib.

***



Merkel faciəvi səhvə yol verib`

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, Almaniya kansleri Angela Merkelin ölkəyə minlərlə miqrantı buraxmaqla səhv edib.

***

İnsan bədənində fərqli obrazlar - Fotolar

`Bodypainting` `tattoo’dan fərqli olaraq qalıcı deyil. Rənglər vasitəsilə çəkilən rəsmlər insan bədənində cəmi bir neçə saat qalır. `Bodypainting` ən çox halda 2 həftə bədəndə qala bilər. Bu halda onun Mehndi deyilən həna ilə çəkilməsi lazımdır. AzVision.az insan bədənində mükəmməl obrazları təqdim edir.

***

Prezident qanunu geri qaytardı - Sahibkarların müraciətinə görə

Azərbaycan Prezidenti sahibkarların çoxsaylı müraciətlərini nəzərə alaraq qanuna dəyişiklikləri imzalamadan Milli Məclisə geri qaytardı.

***

Nazir Aygünlə İlhaməyə səsləndi: `Bu adı alçaltmayın...`

“İstər xalq artisti olsun, istər sıravi insan, fərq etməz. Münasibətlərdə etik normalara riayət olunmalıdır”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son zamanlar Azərbaycanda bəzi xalq artistləri arasında yaranan gərginliyə münasibət bildirərkən deyib.

***

Sahibkarlara xəbərdarlıq edildi

“İstiqrazların, qiymətli kağızların vergidən azad olunması bu sahəyə stimul verə bilər”. Bunu Vergilər Nazirliyinin 1 saylı Vergi Departamentinin rəisi Natiq Şirinov deyib.

***

Azərbaycanda iki yeni komitə yaradılır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində iki yeni texniki komitə yaradılacaq. Bunu Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib.

***

`Əlavə gəlir mənbələri tapmışıq` - Nazir müavini

"2016-cı ildə neft sektorundan büdcəyə daxilolmaların məbləği xeyli azalacaq. Amma biz bununla bağlı əlavə mənbələr axtarıb tapmışıq." Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

***

Nazirlik `donuz qripi` iddiasını yalanladı

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasına indiyədək daxil olan 300-dək nümunə üzərində aparılan müayinələr nəticəsində H1N1 virusu aşkarlanmayıb, bu qripə şübhəli hal müəyyən edilməyib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanda epidemioloji durum stabildir və daim nəzarətdədir.

***

Azərbaycan və İsveç ikiqat vergini ləğv etdi

Azərbaycan və İsveç ikiqat vergi tutmanın aradan qaldırılması haqqında saziş imzalayıb. Saziş Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və onun isveçli həmkarı Marqot Vallstrem Bakıdakı görüşün yekunu olaraq imzalanıb.

***



Bakı `Formula -1`ə hazırlaşır - FOTOLAR

Bu ilin iyun ayında keçiriləcək `Formula-1` yarışı ilə əlaqədar paytaxt Bakıda hazırlıq işləri davam etdirilir. Hazırda Bakının yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri aparılır.

***

Dərman idxalı ƏDV-dən azad edə bilər

`Azərbaycana idxal edilən dərman vasitələrinin ƏDV-dən azad edilməsi mümkündür`. Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

***


`Şou-biznes nümayəndələri bizi başa düşmür` - Nazirlik


“Bəzən şou-biznes nümayəndələri bizi başa düşmür, bəzən isə biz onları başa düşmürük”. Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

***

İlham Əliyev Almaniyaya gedir

Azərbaycanı prezidenti İlham Əliyev Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

***



Ötən gün FOTOLARDA

AzVision.az dünyanın aparıcı xəbər agentliklərinin ötən gün ərzində planetin müxtəlif yerlərindən çəkdikləri maraqlı fotoları təqdim edir:

***

Yeni büdcə parlamentə hələ təqdim olunmayıb

"2016-cı ilin yenilənmiş dövlət büdcəsi bu yaxınlarda Milli Məclisə təqdim olunacaq". Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

***

Azərbaycan Nulandla bağlı araşdırmaya başladı

Viktoriya Nulandın AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamənin keçməməsi məsələsində rolunun olması barədə məlumat araşdırılır. Bu barədə İsveç xarici işlər naziri Marqot Vallströmlə birgə mətbuat konfransı zamanı Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib.

***


Azərbaycan ordusu şəhid verdi

Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 10-da düşmən təxribatı nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Quliyev Rahib Nəriman oğlu şəhid olub.

***

Ermənilər ölkəmizə 265 milyard ziyan vurub

Erməni təcavüzü və işğalı nəticəsində Azərbaycanın ətraf mühitinə və təbii sərvətlərinə 265 milyard dollar ziyan dəyib. Bu barədə məlumatı adı çəkilən nazirlik yayıb.

***

Nazirlik xaricdə təhsil vəd edənlərlə bağlı xəbərdarlıq etdi

Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlərlərlə bağlı xəbərdarlıq edib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

***



ASAN yeni rekorda hazırlaşır - 8 milyon müraciət

Sabah “ASAN Xidmət” mərkəzlərində 8 milyonuncu müraciətin qeydə alınması gözlənilir. Bunu Bakıda keçirilən vergi forumunda çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov deyib.

***

Azərbaycanda vergi amnistiyası tətbiq oluna bilər

"Azərbaycanda vergi amnistiyası tətbiq edilməlidir. Rusiyada artıq bu, tətbiq edilib. Biz də bunu tətbiq etməliyik". Bunu Bakıda keçirilən vergi forumunda Amerika Ticarət Palatasının (AmCham) nümayəndəsi Nuran Kərimov deyib.

***

`İşğal altındakı ərazilər qaytarılmalıdır` - ABŞ səfiri

“Mən Konqresmen Şiffin etdiyi söhbətlərdən agah deyiləm və bu barədə şərh verə bilməyəcəyəm”. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta amerikalı konqresmen Adam Şiffin Dağlıq Qarabağla bağlı qətnamənin AŞPA-da keçməməsində ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın da rolu olması barədə açıqlamasını şərh edərkən deyib.

***

Azərbaycanda milli ödəniş sistemi yaradılır

Azərbaycan 2016-cı ildə kiçik nağdsız hesablaşmalar zamanı birbaşa debetləşdirməyə, yəni bank hesablarından vəsaitlərin birbaşa silinməsinə keçəcək`.

Bunu Azərbaycan Mərkəzi Bankının Ödənişlər sistemi və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumunda deyib.

***

`Pul qazanmaq lazımdır...` - Nazir Əbülfəs Qarayev

"Azərbaycanın rayon və şəhərlərində fəaliyyət göstərən mədəniyyət evləri və klublar ötən il 230 min manat qazanıblar. Bu gəlir çox azdır. Həmin klub müəssisələrinin dövlətdən aldığı vəsaitin heç yarısı belə deyil. Bunun da ən başlıca səbəblərindən biri mədəniyyət sahəsində çalışan adamların savadının, mədəni səviyyəsinin istənilən səviyyədə olmamasıdır".

Bunu Mədəniyyət və Turizm Nazirliyinin Şəhər (rayon) mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

***

Hakim partiyanın qurultayı təxirə salındı - Ermənistanda qalmaqal

Ermənistanın hakim Respublikaçılar Partiyasının qurultayı təxirə salınıb. Qurultayın bu il yazın sonu, yaxud payızın əvvəlində keçiriləcəyi gözlənilir.

***



Kim Çen In generalı edam etdi

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In daha bir dövlət məmurunu edam etdirib. Silahlı Qüvvələrin baş qərargah rəisi Ri Yon Gil edam edilib. Buna səbəb isə onun adının korrupsiya və mənimsəmədə hallanması olub. Bildirilir ki, qərargah rəisi ötən həftə edam edilib.

***

Daxili Qoşunlar Nardarandan çıxarılır

Nardaranda yerləşdirilmiş polis postlarının böyük əksəriyyəti yığışdırılıb. Bu barədə yerli sakinlər məlumat veriblər. Sakinlərin sözlərinə görə, hazırda qəsəbənin yalnız giriş və çıxışında postlar qalmaqdadır. Qəsəbənin içərisindəki polis postları isə artıq götürülüb.

***

SOCAR “Rosneft”in aktivlərini ala bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyada “Rosneft”in bir sıra aktivlərinə daxil olmaq imkanını öyrənir. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev “IP Week” çərçivəsində “Rosneft”şirkətinin prezidenti İqor Seçin ilə danışıqların yekunlarına dair jurnalistlərə bildirib.

***

`Günəşli`dəki yanğın tamamilə söndürüldü

“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yaranmış yanğın tamamilə söndürülüb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin vaxtdan etibarən yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.

***

İlham Əliyev İrana gedəcək

Azərbaycan Prezidenti İlham Əliyev fevralın sonunda İrana səfər edəcək.

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. Səfirin sözlərinə görə, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşacaq: "Səfər zamanı iqtisadiyyat ve enerji sahəsində sənədlər imzalanacaq".

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti