`Apteklərdə əməliyyat keçirilməyib` - DTX-dan açıqlama

`Apteklərdə əməliyyat keçirilməyib` - DTX-dan açıqlama
  29 Yanvar 2016    Oxunub:2490
“Bizim Xidmət Avis apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməyib. Bu barədə yayılan məlumat həqiqəti əks etdirmir”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Avis apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməsi və həbs olunanların olduğu barədə bəzi KİV-lərdə yayılmış məlumatla bağlı virtualaz.org-un sorğusuna cavab olaraq Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Qeyd edək ki,bir az əvvəl musavat.com Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Avis apteklər şəbəkəsində xüsusi əməliyyatın keçirildiyi, həbslərin aparıldığı və hətta Avis-in baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumat yayıb.

Onu da qeyd edək ki, Avis Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Ötən 8 il ərzində şirkət Bakıda 9 aptek açıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti